Satıcılar, "dükanları bağlayacağıq" dedilər

19-01-2016, 17:07
0
Satıcılar, "dükanları bağlayacağıq" dedilər


Başın bazarından tələb səsləndi: 200-300 manat aşağı salınsın.

Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir.
 
Sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər.
 
Onlar APA-ya bildiriblər ki, eyni tələblə ötən ilin aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb: "Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın".
 
Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər.
 

 

Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar: "Qiymətlərin aşağı salınması gözlənilir". 
скачать dle 12.1
Xəbər lenti