Liviyada naməlum snayper İŞİD ovuna başlayıb

1-02-2016, 17:12
0
Liviyada naməlum snayper İŞİD ovuna başlayıb
Naməlum snayper Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının rəhbərlərini ovlamağa başlayıb. Tass-a istinadən verdiyi məlumata görə, bu barədə yerli nəşrlərdə bildirilir.
 
«Yanvarın 13-dən 23-nə kimi  naməlum snayper  İŞİD-in 3 rəhbərini sıra ilə  məhv edib. Yanvarın 13-də  sudanlı Hamad Abel Hadi, yanvarın 19-da  onun xələfi Əbu Məhəmməd əl Dernavi, yanvarın 23-də isə terrorçuların nüfuzlu səhra komandiri Abdullah Həməd Ənsari öldürülüb», - deyə yerli KİV-lərdə bildirilir.
 
Bəzi məlumatlara görə, snayperin  yüksək peşəkar hazırlığı var: Bütün terrorçular özlərini tam təhlükəsiz hiss etdikləri yerdə vurulublar, atışlar  tam dəqiq olub, təcrübəli döyüşçülər belə, atəşin hardan açıldığını bilməyib.
скачать dle 12.1
Xəbər lenti