Rusiyadan azərbaycanlı iqtisadçıya ölüm hədəsi - FOTO

9-02-2016, 12:53
0
Rusiyadan azərbaycanlı iqtisadçıya ölüm hədəsi - FOTO
“İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) son illər Cənubi Qafqaz və Orta Asiyanın “ən güclü beyin mərkəzi” seçilməsi fəaliyyətimizə bir sıra radikal qrupların “diqqətini” daha da artıb. Belə ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırmaqdan belə, çəkinməyib”. 
 
Bu haqda CESD-n rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov özü məlumat verib.
 
O, “Pleskov qrupu”nun son hesabatından sitat gətirib: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz, sadəcə onu zəhərləyin”. 
 
V.Bayramovun məsələyə sonrakı reaksiyası belə olub:
 
“CESD olaraq bəyan edirik ki, regionun ən güclü beyin mərkəzi olmağımız heç bir başqa millətlərlə bağlılığımız deyil, bizim tədqiqatlarımızın keyfiyyətinin nəticəsidir. Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin və regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-Rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir.
 
Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı, Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhərləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər”.
 
скачать dle 12.1
Xəbər lenti