Kadırovdan «davay do svidaniya» açıqlaması

24-02-2016, 17:30
0
Kadırovdan «davay do svidaniya» açıqlaması
Çeçenistanın dövlət başçısı  Ramzan Kadırovun gələcək taleyi barədə qərar xidməti dövrünün bitməsi ilə veriləcək. Bu barədə  RF prezidentinin Mətbuat Хidmətinin rəhbəri Dmitriy Peskov məlumat verib.
 
Kadırov bundan əvvəl respublikanın idarəçiliyində öz işini yerinə yetirdiyi üçün sonrakı müddətə getməyəcəyini açıqlamışdı. Lakin o vurğulayıb ki, "əgər desələr, bundan sonra da xidmət elə, vəzifəmə davam edəcəm, yox, əgər desələr ki, "davay, do svidaniya", vidalaşacam".
 
"Müəyyən olunmuş müddət var. Prezident bu müddəti başa vurduqda, təbii ki, qərar veriləcək… Biz heç vaxt prezidentin  qərarını anons eləmirik, bu dəfə də etməyəcəyik", - deyə Peskov vurğulayıb.
 
Qeyd edək ki, cari ilin aprуl ayının 6-da Çeçenistan prezidenti Ramzan Kadırovun səlahiyyət müddəti bitir. Martın 5-də isə onun bu vəzifəyə seçilməsinin 5 ili tamam olur.
 
скачать dle 12.1
Xəbər lenti