Rusiyanı ayağa qaldıran əxlaqsız sərgidə Azərbaycanın adı niyə çəkilib? - FOTO

25-02-2016, 00:23
0
Rusiyanı ayağa qaldıran əxlaqsız sərgidə Azərbaycanın adı niyə çəkilib? - FOTO
 
"2015-ci ilin noyabr ayında Permi ayağa qaldıran "Konfet dağları, neft sahilləri" sərgisinin Azərbaycanla əlaqəsi yoxdur. Gəlincik installasiyasının müəllifi Vüsal Rəhimov Bakı tərəfindən  dəstək almayıb." Moskvadakı Azərbaycan səfirliyi bəyan edib.
 
FaktXəbər-in məlumatına görə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüoğlu, həmçinin  səfirliyin  müşaviri Vüqar Rafiq oğlu İmaməliyev Perm muzeyindəki sərginin eksponatlarını
fotolardan öyrəniblər və öz dövlətlərinin Azərbaycan bayrağı altında  keçirilən bu ədəbsiz installasiyayla əlaqələri olmadıqlarını bəyanlayıblar. 
 
Azərbaycan təmsilçiləri  "Konfet dağlar, neft sahilləri" ekspozisiyasını qaba və etik normalarından kənar adlandırıblar. Bundan əlavə, siyasətçilərin fikrincə, sərgi müasir Azərbaycan incəsənəti barədə adekvat təsəvvürlər vermir.
 
Qeyd edək ki, Perm prokurorluğu sosial şəbəkələrdə qalmaqallardan sonra Permm muzeyində yoxlamalara başlamışdı. Azərbaycanlı müəlliflərin "Konfet dağları, neft sahilləri" ekspozisiyasının çox hissəsini əxlaqsız pozalarda olan gəlinciklər təşkil edir, bundan başqa, bir çoxlarında insanın cinsiyyət orqanları göstərilib.
 
Rusiyalı validenylər  muzeyi gəzdikdən sonra sosial şəbəkələrdə həyəcan təbili çalıblar. Bir çoxları sərgidə  müasir incəsənətin bu cür təqdim olacağını gözləmədiyindən, uşaqlarını da aparıblarmış.
 
Yeri gəlmişkən, eksponatlar zorakılıq, seksual və mənəvi əxlaqsızlıq, pedofiliya və uşaq pornoqrafiasını təbliğ edir.
 
Sərgidə nümayiş olunanlar Azərbaycanın milli-mental dəyərlərinə tamamilə zidd olduğu və əxlaqsız görünüşləri göstərdiyi üçün onları oxucularımıza açıq şəkildə təqdim edə bilmirik.
 
 

 

скачать dle 12.1
Xəbər lenti