Bakının mərkəzində avtobussuz dayanacaq - FOTO

28-02-2016, 21:20
0
Bakının mərkəzində avtobussuz dayanacaq - FOTO
Paytaxtın müxtəlif yerlərində avtobuslar üçün dayanacaqlar ayrılsa da, onların heç də hamısı işlək deyil. Belə ki, Azadlıq prospekti, 189 ünvanında yerləşən dayanacaq yolun elə hissəsində quraşdırılıb ki, həmin yerdən heç bir marşrut avtobusu keçmir.
 
Sakinlər də virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, dayanacaqdakı monitorun üzərində 133 saylı avtobus qeyd olunsa da, buradan keçən digər avtobuslar da bu dayanacaqdan istifadə etmir:
 
“Yolun bu hissəsindən maşın az hallarda keçir. Avtobuslar isə dayanacağın qarşısına, ümumiyyətlə, dönmür. Təkcə 133 deyil, buradan keçən digər avtobuslar, məsələn, elə 165 saylı avtobus da düşmək istəyən sərnişini yolun elə aşağı hissəsində saxlayır, bu tərəfə dönmür”,  - deyə sərnişin Akif Məmmədov bildirib.
 
Dayanacağın qarşısında, “Bus” sözü qeyd olunan yerdə avtomobilin park edilməsi də elə dayanacağın işlək vəziyyətdə olmadığını göstərir.

скачать dle 12.1
Xəbər lenti