“Amrahbank” və “Expressbank” dollar satışını dayandırdı

5-09-2016, 17:50
0
“Amrahbank” və “Expressbank” dollar satışını dayandırdı

Daha 2 bank dollar satışını tamamilə dayandırıb. Söhbət “Amrahbank” və “Expressbank”dan gedir. Banklardan fins.az-a verilən məlumata görə, dollar olmadığı üçün bu gündən etibarən satış  dayanıb.

Qeyd edək ki,  “Amrahbank” sentyabr ayının 2-də 200 dollar limitlə satış həyata keçirirdi. Eyni həcmdə limitlə avro satışı da reallaşdırılırdı.  “Expressbank” isə ötən həftənin sonunda 100 dollar  limitlə satış edib. Fins.az-ın məlumatına görə, bununla da dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 26-ya çatıb. Siyahı belədir:

1 “AFB Bank”
2 “AGBank”
3 “Amrahbank”
4 “Atabank”
5 “Azərbaycan Beynəlxalq Bankı”
6 “Bank Avrasiya”
7 “Bank of Baku”
8 “Bank BTB”
9 “Bank Respublika”
10 “Bank Silk Vey”
11 “Bank Standard”
12 “Bank VTB (Azərbaycan)”
13 “Dəmirbank”
14 “Expressbank”
15 “Günaybank”
16 “Kapital Bank”
17 İran Milli Bankının Bakı filialı
18 “Muğanbank”
19 “Naxçıvanbank”
20 “NBC Bank”
21 “Nikoyl Bank”
22 Pakistan Milli Bankının Bakı filial
23 “Rabitəbank”
24 “Unibank”
25 “Yapı Kredi Bank (Azərbaycan)”
26 “Zıraat Bank (Azərbaycan)”
скачать dle 12.1
Xəbər lenti