Məhkumlar Bakı küçələrinə çıxdı - Foto

10-09-2015, 19:29
0
Məhkumlar Bakı küçələrinə çıxdı - Foto

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeniyetmələr – Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Miniatür Kitab Muzeyində, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

скачать dle 12.1
Xəbər lenti