Nikol Paşinyan: “Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb”

19-10-2018, 17:24
3 606
Nikol Paşinyan: “Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb”

Ermənistan-Azərbaycan dövlət sərhəddində və Qarabağda təmas xəttində sakitlikdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə əldə edilən razılaşmaların nəticəsidir.

Bundan əlavə, Düşənbədə əldə edilən razılaşmalar çərçivəsində Ermənistanla Azərbaycan arasında stabil operativ əlaqə yaradılıb.

“Demək olar ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq. Onun tərəfindən göndərilən məlumat da eyni vaxtda bizə çatdırılacaq.

скачать dle 12.1
Xəbər lenti