Avropa İttifaqı ölkələrinin səfirləri 20 Yanvar şəhidlərini ziyarət edib

20-01-2023, 19:16
4 115
Avropa İttifaqı ölkələrinin səfirləri 20 Yanvar şəhidlərini ziyarət edib

“Avropa İttifaqı (Aİ) sülh dolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko öz Twitter səhifəsində yazıb.

O, Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib.

“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, deyə o vurğulayıb. 

скачать dle 12.1
Xəbər lenti