‘The Times’: Partlayışdan əvvəl yaxınlıqda Danimarka və İsveç gəmiləri görünüb

25-03-2023, 17:24
8 053
‘The Times’: Partlayışdan əvvəl yaxınlıqda Danimarka və İsveç gəmiləri görünüb

Partlayışdan əvvəl “Şimal axını” qaz kəmərləri yaxınlığında Danimarka hərbi gəmisi, İsveç patrul korveti və İsveç kəşfiyyat təyyarəsi görünüb.

Bu barədə Danimarka araşdırmalarına istinadən “The Times” yazıb.

Həmin araşdırmalara görə, hadisədən dörd gün əvvəl Rusiya gəmilərinin fəaliyyətinə nəzarət edən Danimarka patrul gəmisi gözlənilmədən kursdan çıxıb.

Gəmi bir neçə il ərzində ilk dəfə Bornholm adasının ətrafında dövrə vurub, yarım saat dayanıb, transponderləri söndürüb və radardan itib.

Araşdırma matreallarında qeyd olunur ki, bir neçə dəqiqədən sonra Danimarka gəmisinin dayandığı yerdən çox da uzaq olmayan İsveç kəşfiyyat təyyarəsi dövrə vurmağa başlayıb, daha sonra əraziyə İsveç korveti gəlib.

2022-ci ilin sentyabrında qaz kəmərlərində baş verən partlayışla bağlı Almaniya, İsveç və Danimarka tərəfindən araşdırmalar aparılır.

Martın 24-də Danimarka Enerji Agentliyi “Şimal axını 2” yaxınlığında dənizin dibində hündürlüyü 40 və eni 10 santimetr olan silindir formasında olan bir obyekt tapdığını bildirib.

Danimarka nümayəndələri partladılmış “Nord Stream 2 AG” boru kəmərlərinin operatoruna əşyanın tanınmasında kömək istəyi ilə müraciət ediblər. Operator obyektin suyun üzərinə çıxarılmasında iştirak etməyə razılaşıb.

Moskva Danimarkanın Nord Stream 2 AG-ni bu araşdırmada iştiraka cəlb etmə qərarını müsbət xəbər kimi qiymətləndirib.

скачать dle 12.1
Xəbər lenti