İsrail öz qaz yataqlarının kəşfiyyatı üçün SOCAR-a da lisenziya verib

31-10-2023, 16:19
77
İsrail öz qaz yataqlarının kəşfiyyatı üçün SOCAR-a da lisenziya verib
İsrailin Enerji Nazirliyi ölkənin Aralıq dənizindəki qaz yataqlarının kəşfiyyatı üçün 12 lisenziyanı 6 şirkətə verib.
Reuters agentliyi yazır ki, tenderin nəticəsi olaraq lisenziyalardan biri İtaliyanın Eni, Dana Petroleum və İsrailin Ratio Energies şirkətlərindən ibarət qrupa təqdim olunub.
Bu qrup böyük Leviatan yatağının qərb hissəsində işləyəcək.
İkinci qrupa isə Azərbaycanın SOCAR, Britaniyanın BP və İsrailin NewMed şirkətləri daxildir.
İsrailin enerji naziri İsrael Kats deyib ki, sözü gedən şirkətlər qarşıdan gələn üç ildə qaz kəşfiyyatı sahəsində misilsiz investisiyalar yatırmaq öhdəliyi götürüblər.
Əslində lisenziyalar da ilkin müddət olaraq üç il üçün verilib. Lisenziyaların müddəti daha sonra nəticələrdən asılı olaraq 7 ilədək uzadıla bilər.скачать dle 12.1
Xəbər lenti