Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub

31-10-2023, 16:25
86
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulub.
Bu barədə oktyabrın 31-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, oktyabrın 30-da Avropa Şurasının Strasburqdakı mənzil qərargahında DTX rəisi Əli Nağıyev və bu təşkilatın baş katibi Mariya Peyçinoviç Buriç həmin sənədi imzalayıblar.
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası bu qurumun dövlət və hökumət başçılarının 2005-ci ildə Varşavada keçirilən üçüncü sammiti ilə əlaqədar imzaya açılıb. O, 2008-ci il fevralın 1-də qüvvəyə minib.скачать dle 12.1
Xəbər lenti