Iqtisadçı, araşdırmaçı - yazar, Bioloji Təbabət Klinikasının direktoru Elxan Ənvər oğlu Yaqubov xalqa, vətənə dövlətə və ölkə rəhbərliyinə sədaqətlə bağlı olan ziyallımızdır.

31-10-2023, 17:02
155
Iqtisadçı, araşdırmaçı - yazar, Bioloji Təbabət Klinikasının direktoru Elxan Ənvər oğlu Yaqubov xalqa, vətənə dövlətə və ölkə rəhbərliyinə sədaqətlə bağlı olan ziyallımızdır.
Iqtisadçı, Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov, 1968 - ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdırlı kəndində anadan olub. 1985 - ci ildə Qaraxıdır kənd orta məktəbini, 1993 - cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi - Tədqiqat İnstitunun dissertantıdır.
Elxan Ənvər oğlu Yaqubov, 2001 - ci ildə dünya üzrə mərkəzi Almaniyada yerləşən bioloji təbabətlə müalicə metodunu, Bioloji Tənzimləyici Təbabəti,  Azərbaycana gətirib və fəaliyyətə başlayıb. Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonar, 2009 - cu ilin fevralında Bioloji Təbabət Klinikasını təsis edib.
Elxan Yaqubov həmçinin yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur.
Elxan Ənvər oğlu Yaqubov, 2007 - ci ildə Prezident İlham Əliyev cənablarının həyatından bəhs edən “Hər bir azərbaycanlının prezidenti”, 2012 - ci ildə tariximizlə bağlı “Qara xaç yürüşü”, 2014 - cü ildə isə Xocalı faciəsi haqda “Torpaq qan ağlayır” kitablarının müəllifidir.
Iqtisadçı, araşdırmaçı - yazar, Bioloji Təbabət Klinikasının direktoru Elxan Ənvər oğlu Yaqubov xalqa, vətənə dövlətə və ölkə rəhbərliyinə sədaqətlə bağlı olan ziyallımızdır.
Elxan Ənvər oğlu Yaqubov : - 1998 - ci ildə paytaxtda “Planeta” əczaçılıq şirkətini təsis etdik. Gördük ki, həkimlər, xəstələr Almaniyanın “Hel” firmasının dərmanlarının müalicə effektlərindən çox razı qalırlar. Biz də həmin firma ilə əlaqə saxladıq. Almaniyada Bioloji Təbabətlə Müalicə Cəmiyyəti ilə tanış olduqdan sonra qərara gəldik ki, bu sahəni Azərbaycanda da inkişaf etdirək.
2009 - cu ildə Azərbaycanda Bioloji Təbabət Klinikasını təsis etdik. Öz sahəsi üzrə ixtisaslaşan, bioloji təbabəti bilən həkimləri bir araya topladıq və fəaliyyətə başladıq.
Klinika fəaliyyətə başladıqdan sonra xarici ölkələrdən bioloji təbabəti bilən mütəxəssisləri dəvət etdik və bu sayədə xeyli həkim onlardan dərs aldı.
Bioloji təbabət deyəndə insanlar bunu bioloji aktiv əlavələrlə, xalq təbabəti və otlarla müalicə ilə səhv salırlar. Bioloji təbabətlə müalicənin indiki adı “biotənzimləyici müalicə” adlanır. Bioloji təbabətlə müalicə orqanizmdə olan anadangəlmə bioloji prosesləri nizama salır, insan orqanizmində pozulmuş bioloji normanı bərpa edir.
Bəzi xəstəliklərin müalicəsi bir aydan bir ilə qədər davam edə bilir. Lakin bölgələrdə yaşayan xəstələrin tez - tez gəlib yoxlanmağa imkanı olmur. Ona görə də bölgələrdə də Bioloji Təbabət Klinikasının filiallarını açmağa qərar verdik.
2012 - ci ildə Göyçay rayonunda, 2014 - cü ildə Sumqayıtda Bioloji Təbabət Klinikasının filiallarını açdıq. Bu ilin sonlarında isə Masallı rayonunda Bioloji Təbabət Klinikasının növbəti filialı fəaliyyətə başlayacaq.
Bəzən insanlar düşünürlər ki, bioloji təbabətdə çalışmaq üçün tibb təhsili vacib deyil. Bu işi ara həkimlər də görə bilər.
Amma bioloji təbabətdə çalışmaq üçün mütləq şəkildə tibb təhsili olmalıdır. Bioloji təbabət tibb təhsilindən sonrakı, daha yüksək səviyyədir.
Bioloji təbabətlə müalicə zamanı ilk olaraq xəstəliyin hansı mərhələdə olması müəyyən olunur və sonra xəstəlikdən asılı olaraq, müalicənin müddəti müəyyənləşdirilir.
Fiziki məhdudiyyətli çox sayda xəstə bioloji təbabət sayəsində tam sağlam şəkildə ayağa qalxıb. Astma, qaraciyər, mədə-bağırsaq, ürək-damar, şəkərli diabet və Sair xəstəliklərin tam sağaldılması mümkündür.
Bəzi həkimlər bioloji təbabətə ciddi yanaşmırlar. Tövsiyyə edirəm ki, mülahizə yürütməzdən əvvəl gəlib təlimlərdə iştirak etsinlər və bioloji təbabət barədə məlumat alsınlar.
Qeyd edim ki, Tibb Universitetinin müalicə fakültəsini bitirən istənilən həkim gəlib ödənişsiz şəkildə seminarlarımızda iştirak edə bilər.
Bizim Klinikada elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında tam məlumat ala bilirik. Hansı ki, bu məlumatları Azərbaycanda heç bir başqa laboratoriyada analiz etmək olmur.
2009 - cu ildə dəyərli ziyalı, qanı-canı ilə Azərbaycana bağlı, yüksək vətənpərvərlik keyfiyyətləri ilə seçilən Elxan Ənvər oğlu Yaqubov tərəfindən əsası qoyulmuş Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi Özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, Almaniyada istehsal olunan bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparır, kimyəvi dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə etmədən insanlara yüksək səviyyədə şəfa verir. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Eləcə də Almaniyanın və dünyanın bir sıra ölkələrinin tanınmış həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək, Bioloji Təbabət Klinikasında  “Hal-hazırda İnteqrativ Təbabət Klinikası adlanır” yerli həkimlər üçün elmi seminarlar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər. Eyni zamanda Azərbaycanın da taınmış tibb mütəxəssisləri burada maraqlı mühazirələr oxuyurlar.
Yuxarıda yazdığım kimi Bioloji Təbatət Klinikasının yaradıcısı, Azərbaycana bu səhiyyənin növünü gətirən Elxan Ənvər oğlu Yaqubovdur. 

55 - yaşlı iş adamı, sahibkar Elxan Yaqubov bioloji təbabəti Azərbaycana gətirməklə səhiyyə sahəsində böyük yeniliklər edib. Və minlərlə xəstələrin məhz bu Klinikada şəfa tapmasına böyük yardımçı olub. 
Elxan müəllimin tibb sahədə təhsili olmasada, klinikaya rəhbərlik etdiyi 14 - ildə təbabət sahəsini çox mükəmməl şəkildə öyrənib. Və bu sahədə istənilən həkimlə peşəkar söhbət aparamaq qabiliyyətinə malikdir. Hətta İnteqrativ Təbabət Klinikasına müraciət edən insanlara buarada gedən tibbi müayinələr, akademik təbabətlə bioloji təbabətin əsas fərqləri və bioloji təbabətin xəstələrə lazım olan köməkliyi ilə bağlı ətraflı məlumat verə bilir.
Redaksiyamızın adından, yenilkləri ilə adını Azərbaycan Səhiyyə tarixinə qızıl həriflərlə yazdırmış Yaqubov Elxan Ənvər oğluna uzun ömür, can sağlığı bol ruzi və işlərində müvəffəqiyyətlər arzu edirik.



скачать dle 12.1
Xəbər lenti