Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir

5-11-2023, 13:30
94
Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir
Azərbaycan Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat zamanı 9 keçmiş və indiki separatçı lideri deyil, azı 16 nəfəri saxlayıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan deyib:
“Saxlananların arasında yüksək vəzifə tutmayan şəxslər də var. Bu adamların tutulması təsdiqlənib”.
Karamyan söhbətin kimlərdən getdiyini açıqlamasa da, Azatutyun onlardan birinin Melikset Paşayan olduğunu öyrənə bilib.
Xəbərdə deyilir ki, Paşayan Qarabağın Sznek (Azərbaycan variantı – Aşağı Yemişcan, Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd – red) kəndində yaşayıb.
Azatutyun yazır ki, o, yaşlı və xəstə şəxslərin təxliyəsinə kömək edərkən itkin düşüb. Paşayanın arvadı deyib ki, əri Bakıda həbsdədir və bu barədə özü telefonla məlumat verib.скачать dle 12.1
Xəbər lenti