Əlilə vəkil niyə LAZIM gəlir və bu “LAZIM” niyə gəlmir?

2-12-2023, 20:17
180
Əlilə vəkil niyə LAZIM gəlir və bu “LAZIM” niyə gəlmir?
Məhkəmə(lər) məhkəmə təminatı, hüquqi yardım hüququnu hüquqdan sui-istifadə “azadlığı” sayır

Aytən Oruczadə, Cahangir Yusifov və Rəşid Səmədovun “qərardad plagiatlığı”
Məhkəmə hüquq sistemində islahatlar elə “dərinləşib” ki, məhkəmə hakimiyyəti Konstitusiyanın 60 və 61-ci maddələri ilə təminat verilən məhkəmə təminatı, hüquqi yardım hüququnu “hüquqdan sui-istifadə azadlığı” kimi “patentləşdirərək” qadağan edib. Gerçəkdə Konstitusiya hüquq və azadlıqlara qadağa “hüququ”, “azadlığı” kimi izah və tətbiq olunur. İnandırıcı olmasa da, 1-ci dərəcəli Qarabağ əlilinə qarşı məhkəmələrin “hüquqdan sui-istifadə” qərardadları “əsas qanun” rolundadır. Hətta qərardad oğurluğu, plagiatlığı faktları var : Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifovdan ibarət üçlüyünün 25.04.2023-cü il, 02.05.2023-cü il , 05.07.2023-cü il tarixli 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina barədə qərardadlarını Aytən Oruczadə, Rəşid Səmədov, Cahangir Yusifovdan ibarət üçlük 01.11.2023-cü il və 24.11. 2023-cü il tarixli qərardadlarına xırda ixtisarlarla olduğu kimi köçürüblər. Elmdə, bədii ədəbiyyatda və s. buna plagiat-oğurluq deyilir, məhkəmə hakimləri isə qərardad oğurluğu, plagiatlığı ediblər. Düzdür, Cahangir Yusifov “hüquqdan sui-istifadə” qərardadının hər iki heyətlə həmmüəllifidir, amma məhkəmə hüquq sistemində belə oğurluq qanunsuz sayılır və cəzasını Məhkəmə Hüquq Şurası ağır formada verir(mi?). Bəs plagiat necə aşkarlanıb? Elmdə, bədii ədəbiyyatda və s. olduğu kimi, mətni oxumaqla və tarixlə . Qərardadların plagiatlığını onların eyniliyi və istinad olunan hüquq normaları sübut edir. Cahangir Yusifov Şərafət Məmmədova və Pərviz Hüseynovla “icad etdiyi” hüquqdan sui-istifadə, kassasiya şikayətinə qadağanın əsas insan və vətəndaş hüquqlarından sayılması” qərardadlarında istinad olunan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( MPM) 67.2 və 121.2 maddələri əsasında Aytən Oruczadə və Rəşid Səmədovla birlikdə təkrar “patentləşdirilə” bilməz(di)! Niyə? MPM-ə edilən 09.06.2023-cü il tarixli dəyişikliklə 67.2 və 121.2 maddələri ləğv olunub! Ləğv olunmuş maddələrin 1-ci dərəcəli Qarabağ qazisinin kassasiya, məhkəmə təminatı hüququna “hüquqdan sui-istifadə” kimi əsassız tətbiqi yalnız və yalnız qərəzdən, vicdansızlıqdan, qıraqdan sifarişdən, antihumanistlikdən, ədalətsizlikdən, yüksək hakim adını 3-5 manata dəyişməkdən qaynaqlanır. Qərəzli ayrı-seçkiliyə baxın, 1-ci dərəcəli Qarabağ əlili hüquqi yardımsız, vəkilsiz xəstəxanada, qarşı yan – DİN VK-nın özü (intizam komissiyasının üzvü Əlirza Həbilov , Orxan Qılman oğlu Babayev) ilə DSMF-in pensiya filialı DSMF-in tərkibində qanunsuz fəaliyyət göstərən məhkəmə filialı – 39 saylı vəkil bürosu (filialın və büronun rəhbəri vəkil Abuzər Mütəllimov, müavini, vəkil Roman İsmayılov, departament müdiri, vəkil Yeganə Məmmədova, baş aparıcı mütəxəssislər – vəkil Emil İsgəndərli, Rüstəm Şikarlı,.. toplam 39 vəkil-məmur ordusu!) ilə təmsil olunub. Məhkəmə isə 1-ci dərəcəli əlilə hüquqi yardımdan imtina edir ki, tərəflərin hüquq bərabərliyi prinsipi pozulacaq, dövlət büdcəsi ziyan çəkəcək(?). Elə bilirsiniz şişirtmədir, yox, məhkəmə aktları ilə bu hüquq bərabərsizliyi “patentləşdirilib”.24.11.2023-cü il tarixli “gülü burnunda” oğurluq qərardadda “məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edib ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən , həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həsasslıq göstərilməli, SUİ-İSTİFADƏ hallarının qarşısı alınmalıdır.”
Məhkəmə təminatı, hüquqi yardım, sosial təminat, kassasiya (şikayəti) hüququndan yararlanmağı HÜQUQDAN SUİ-İSTİFADƏ azadlığı kimi aktlaşdıran Konstitusiyadan, BMT Konvesiyasından xəbərsiz olan məhkəmənin, deyəsən, əlillərin hüquqi durumundan da xəbəri yoxdur. Bilmir ki, əlillə vəkil nəyə görə gərəkdir?! Vəkil əlilin hüququnu müdafiə etməkdən yanadır, əlil axı orqanizmin funksiyasını itirib, günü yataqda, xəstəxanada keçir, ən azı, buna görə əlilə dövlət hesabına vəkil ayırmaq yerinə, sosial təminat, məhkəmə müdafiəsi, hüquqi yardım hüququna qadağa qoymaq hansı Konstitusiyaya, BMT-nin əlillər barədə Konvensiyasına sığır? Bu, yalnız olmayan vicdana sığar.
Əlilə vəkil xəstə olduğuna, yataqda olduğuna görə LAZIM gəlir, bəs bu LAZIM niyə məhkəməyə gə(tiri)lmir?
Məğrur Bədəlsoy
P.S. Ölkənin ilk müstəqil informasiya agentliyi sosial təminat, məhkəmə təminatı hüququna qadağadan, vəkillə dövlət hesabına təmin olunmamaqdan şikayətə yalnız VƏKİLLƏ müraciət etdikdə baxılacağını, işıqlandırılacağını bildirib…скачать dle 12.1
Xəbər lenti