Amerikanın demokratikləşdirdiyi ölkənin rəsmisi görün nə danışdı

7-10-2015, 16:19
0
Amerikanın demokratikləşdirdiyi ölkənin rəsmisi görün nə danışdı
RiaNovosti saytına istinadla verdiyi məlumata görə, Ukraynanın  Daxili İşlər Nazirliyinin sözcüsü Anton Geraşenko qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Belə ki, o, Suriyada Rusiyanın  hava əməliyyatlarında hədəf olan  İŞİD-ə yardım edilməsinin vacibliyindən danışıb. Ukrayna rəsmisi bu məqsədlə  əməliyyatlarda vəzifədə olan  rusiyalı əsgərlərə aid bütün bilgilərin «Mirotvorets» adlı  internet saytında paylaşılmasını istəyib.
 
Geraşenkonun fikrincə, terror qruplaşmasının Rusiyadakı üzvləri  bu yardım sayəsində Suriyada onlara qarşı hava əməliyyatlarının intiqamını İŞİD "şəriəti" ilə (onların başlarını kəsməklə) ala biləcək. 
 
Ukrayna rəsmisinin  bu sözləri  sosial mediada  böyük narazılığa səbəb olub. İstifadəçilər  Ukrayna idarəçiliyində İŞİD-ə yardım edilməsini təklif edən bir insanın  yer almasını qorxuducu hal olduğunu bildiriblər.
скачать dle 12.1
Xəbər lenti