Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanası aviazərbələrə məruz qalıb

27-10-2015, 20:06
0
Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanası aviazərbələrə məruz qalıb
«Sərhədsiz həkimlər» Beynəlxalq  Təşkilatı  Yəmənin  Saada şəhərində  xəstəxananın bombalandığı barədə  məlumat yayıb.
 
«Ötən gecə Yəmənin Saada şəhərində bizim müəssisəmizə bir neçə aviazərbə həyata keçirilib. Xəstəxananın içində  əməkdaşlar və pasiyentlər  var idi», - deyə təşkilatın rəsmi səhifəsində bildirilib.
 
Hadisə qurbanları və zərərçəkənlər barədə məlumat verilməyib.
 
Xatırladaq ki, oktyabr ayının əvvəllərində Əfqanıstanın Gündüz  şəhərində «Sərhədsiz Həkimlər» Beynəlxalq Təşkilatının  xəstəxanası  ABŞ HHQ tərəfindən aviazərbələrə məruz qalmışdı. Həmin vaxt 200 nəfərin olduğu müəssisədə 30 nəfər həlak olmuşdu. Amerika  qoşunları komandanı isə general  Con Kempbell  məsuliyyəti etiraf edərək, bunun «səhvən» baş verdiyini  açıqlamışdı.
скачать dle 12.1
Xəbər lenti