Partlayan Rusiya təyyarəsinin ilkin ekspertiza rəyi açıqlanıb
2-11-2015, 19:46
0
Partlayan Rusiya təyyarəsinin ilkin ekspertiza rəyi açıqlanıb
Rusiyanın Yekaterinburq bölgəsində məhkəmiə-tibb ekspertizası Rusiyanın «Koqalımavia» layneri qəzasının qurbanlarının ölüm səbəbini müəyyənləşdirib. Məhkəmə Tibb Ekspertizasının ilkin rəyinə əsasən «təyyarə sərnişinləri bədənlərinin parçalanmasından həlak olublar».
Xatırladaq ki, Şarm-əl-Şeyx-Sankt-Peterburq reysini həyata keçirən Airbus 321 təyyarəsi oktyabrın 31-də qəzaya uğrayıb. Uçuşdan az sonra laynerin heyəti ilə əlaqə itir. Bildirilir ki, təyyarə 1,5 km sərt eniş edib, bundan sonra radarlardan itib. Rabitə itməzdən əvvəl pilot Qahirə aeraportunda eniş üçün izn istəyirmiş.
Sonradan laynerin qəza yeri dəqiq məlum oldu. Göyərtədə 224 adam olub. Onlardan 7-si heyət üzvü, 24-ü uşaq olmaqla 217-si sərnişin olub. Bu faciə Rusiya və Sovet aviasiyası tarixində ən böyük aviaqəza hesab olunur.
Rosaviasiyadan Airbus A321-in hələ havada ikən partladığı ehtimalı təsdiqlənib. Xəsədlərin böyük ərazilərə dağılması ehtimalına görə 2 kv.km ərazidə axtarış işləri aparılır.
скачать dle 12.1