"Əl-Qaidə" İŞİD-ə səsləndi: "Qərbə, Rusiyaya və İrana qarşı birləşək"

2-11-2015, 20:01
0
"Əl-Qaidə" İŞİD-ə səsləndi: "Qərbə, Rusiyaya və İrana qarşı birləşək"
«Əl-Qaidə» terror təşkilatının lideri Ayman əz-Zəvhiri terror təşkilatlarına müraciət edərək, Suriya və İraqda Rusiyaya, həmçinin Qərbə qarşı birləşməyə çağırıb.
 
«Amerikalılar, ruslar, iranlılar, ələvilər və Hizbulla  bizə qarşı müharibədə birləşib. Doğrudanmı  biz də öz aramızda münaqişəni  dayandırıb, mübarizəmizi onlara  qarşı yönəldə  bilmərik?»,- deyə o videomüraciətində bildirib.
 
Müraciətin nə zaman qeydə alındığı bilinmir. Lakin  Rusiyanın adının çəkilməsi, bu bəyanatın  sentyabrın 30-dan sonra edildiyini göstərir. Xatırladaq ki, SƏR prezidenti  Bəşşar Əsədin  müraciətindən sonra RF HKQ Suriyada terrorçulara qarşı  hərbi əməliyyatlara başlayıb.
Sentyabr ayında «Əl-Qaidə» İŞİD-i və onun lideri Əbu Bəkr Əl Bağdadini  tanımadığını bəyan edərək, terrorçulara İraq və Suriyada  Qərb koalisiyasına qarşı mübarizədə onlara birləşməyə dəvət etmişdi.
 
İŞİD Suriyada Rusiya təyyarələri tərəfindən öz obyektlərinin bombalanmasından sonra RF-ya qarşı  cihad elan etmişdi. Ekspertlərin fikrincə  «Əl-Qaidə» və İŞİD-in birləşməsi Yaxın Şərqdə onsuz da pis olan vəziyyəti daha da gərginləşdirəcək.
скачать dle 12.1
Xəbər lenti