Nigeriyada 61 nəfər terrorçuların əsirliyindən azad edilib

13-11-2015, 12:53
0
Nigeriyada 61 nəfər terrorçuların əsirliyindən azad edilib


Xilas edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Nigeriya Silahlı Qüvvələri «Boko Haram» terror təşkilatının girovluğundan əksəriyyəti qadınlar və uşaqlar olmaqla 61 nəfəri xilas edib.
 
HHQ-nin dəstəyi ilə ordu bölmələri Borno ştatında Bitta və Damboa  şəhəriləri arasında  terror təşkilatının  düşərgəsinin məhvi ilə əlaqədar əməliyyat  həyata keçirib.
 
«Onlar oğurlanan və əsirlikdə saxlanılan 61 nəfəri azad ediblər. Xilas edilənlərin əksəriyyətini  qadınlar və uşaqlar təşkil edir», deyə hərbçilər bəyanat yayıblar.
 

 

Qeyd edək ki, «Boko-Haram» bu regionda  aktiv fəaliyyət göstərir. Niger, Kamerun və Çadın ərazidə keçirdiyi hərbi əməliyyatlara qarşılıq bu qruplaşma regionda törədilən  terror aktlarının əksəriyyətinin arxasında durur.
скачать dle 12.1
Xəbər lenti