Avropada daha bir bomba həyəcanı

18-11-2015, 05:28
0
Avropada daha bir bomba həyəcanı
Bir müddət əvvəl terror təhlükəsi səbəbindən  təxirə salınmış Almaniya-Niderland futbol matçının keçiriləcəyi planlaşdırılan Hannover stadionu yaxınlığındakı avtomobillərin birində partlayıcı qurğu aşkarlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.    
 
Məlumata görə, partlayıcı qurğu “təcili yardım” avtomobildə aşkarlanıb.  
 
Hannover polis idarəsinin rəisinin sözlərinə görə, terrorçular partlayıcı qurğunu stadionun daxilində partlatmağı planlaşdırıblar.     
 
Stadionun qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilib.  
 
Qeyd edək ki,  Hannoverin “HDI- Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin izləyəcəyi gözlənilirdi.  
скачать dle 12.1
Xəbər lenti