Rusiya Dumasına İslam bankçılığı layihəsi təqdim olundu
3-12-2015, 14:44
0
Rusiya Dumasına İslam bankçılığı layihəsi təqdim olundu
Rusiya Dövlət Dumasının LDPR-dən olan deputatı Dmitriy Savalyov İslam maliyyələşməsi normalarına uyğun olaraq faizsiz bank əmanətləri barədə qanun layihəsini Palataya təqdim edib.
«Hazırda ölkənin əsas hissəsi dini və mənəvi məhdudiyyətlərə görə ölkə bankçılığında resurs bazasının formalaşdırılmasında iştirak edə bilmir. Xarici maliyyə sabitsizliyi sələmsiz maliyyələşməyə əsaslanan əmanət işində yeni normaların qəbulunu tələb edir», - deyə Savalyov bildirib.
скачать dle 12.1