Rusiyadan mesaj: "Böyük yeddilik" formatı artıq köhnəlib

22-12-2015, 01:58
0
Rusiyadan mesaj: "Böyük yeddilik" formatı artıq köhnəlib
Rusiya Federasiyası  Dövlət Dumasının  beynəlxalq  işlər üzrə komitəsinin sədri  Aleksey Puşkov bəyan edib ki, «Böyük yeddilik» formatı artıq köhnəlib, klubun özü isə  Suriya,  İŞİD fəaliyyəti, qaçqınlar  və Səudiyyə Ərəbistanının  neftin qiyməti ilə oynaması  fonunda görünməz olub.
 
«Suriya, İŞİD, terror aktları, qaçqınlar və səudiyyəlilərin  neftin  qiyməti ilə  oynaması fonunda  «Böyük yeddilik» tamam görünməz olub. Format tam köhnəlib», - deyə Puşkov öz Tvitter səhifəsində yazıb.
 
Qeyd edək ki, G7 ölkələrinə - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya daxildir.
скачать dle 12.1
Xəbər lenti