İŞİD terror təşkilatı cari ildə nəzarətində olan torpaqların 14 faizini itirib
22-12-2015, 14:42
0
İŞİD terror təşkilatı cari ildə nəzarətində olan torpaqların 14 faizini itirib
İŞİD terror təşkilatı 2015-ci il ərzində nəzarətində olan torpaqların 14 faizini itirib. Bu barədə IHS araşdırmalar mərkəzi açıq mənbələrdən alınan informasiyaya istinadən hesabat yayıb.
Hesabata görə, terror təşkilatı 2015-ci ilin yanvarın 1-dən dekabrın 14-dək Suriyanın Türkiyə ilə sərhəddində Ər-Raqqaya gedən yol da daxil olmanla böyük bir ərazini itirib.
Qruplaşmanın itirdikləri arasında Tikrit şəhəri, Bayci ərazisi və Rəqqa ilə Mosul arasından əsas yol var ki, bu da terrorçuların şəhərlər arasın mal daşımasına və döyüşçülərin keçidini çətinləşdirə bilər.
IHS-ın hesablamasına görə, hazırda İŞİD 78 min kv.km əraziyə nəzarət edir.
Xatırladaq ki, sentyabrın 30-dan Rusiya hökuməti Suriya prezidenti Bəşşar Əsədin xahişi ilə İŞİD və «Cəbhət ən-Nusra» terror qruplaşmasının obyektlərinə aviazərbələr endirməyə başlayıb.
скачать dle 12.1