Hakerlər Barbi gəlinciyi vasitəsi ilə evlərə girə bilməyi öyrəniblər
18-01-2016, 16:28
0
Hakerlər Barbi gəlinciyi vasitəsi ilə evlərə girə bilməyi öyrəniblər
MasterCard əməkdlaşları Wi-Fi quraşdırılmış yeni «Hello Barbie» gəlinciklərinin canilərə evlərə soxulmağa imkan verdiyini açıqlayıb. Kompaniyanın prezidenti Acey Banqa kibertəhlükəsizlik barədə konfransda bu barədə danışıb.
Baqna əmindir ki, hakerlərin gəlinciyin Wi-Fi kodunu sındırmaq, sonra isə səsini nəzarətə götürmək çətin olmaz. Bunun vasitəsi ilə canilər gəlinciyin adından uşaqla danışa və onlara lazım olan bütün məlumatları - valideynləri evdədirmi, evdə it varmı və sair öyrənə bilərlər. Hətta oğrular uşağa qapını açmağa vadar edə bilərlər.
Məşhur Barbie gəlinciklərini buraxan Mattel kompaniyası bu deyilənlər barədə hələ ki, heç bir şərh verməyib.
Qeyd edək ki, bu yeni Barbi gəlinciyində əldə olunan ilk deffekt deyil. Dekabr ayında mütəxəssislər Hello Barbie tətbiqini sındıraraq, istifadəçinin bütün şəxsi məlumatlarını, o cümlədən kredit kartlarının nömrələrini öyrənə bilmişdilər. Lakin Mattel kompaniyası təhlükəylə bağlı təcili tədbir görərək, həmin səhvi düzəldə bilmişdi.
скачать dle 12.1