Kerri: ABŞ və Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyat sistemi yaradacaq

1-03-2016, 13:00
0
Kerri: ABŞ və Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyat sistemi yaradacaq
ABŞ və Rusiya  Suriyada atəşkəs razılığının qorunması və terrorçulara qarşı əməliyyat aparmaq  üçün sistem yaratmaq barədə razılığa gəliblər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  ABŞ Dövlət Katibi Con Kerri bəyan edib.
 
Kerri son zamanlar  RF XİN rəhbəri Serqey Lavrov ilə  bir neçə dəfə ünsiyyətdə olduğunu da xatırladıb. Onun sözlərinə görə, tərəflər aparılan missiyanın həqiqətən də İŞİD və "Cəbhət ən-Nusra"ya qarşı olduğuna  zəmanət  verən sistemin yaradılması  barədə  razılığa gəliblər.
 
Kerri həmçinin vurğulayıb ki, Vaşinqton və Moskva  atəşkəs rejiminin pozulması xəbərinə  çox ciddi yanaşır: «Biz bu barədə mətbuat üçün geniş məlumat verməyəcəyik. Biz bu pozuntuları aradan götürmək fikrindəyik».
 
Xatırladaq ki, fevralın 22-də  Rusiya və ABŞ müzakirələrindən sonra  atəşkəs barədə razılığa gəlinib. Atəşkəs rejimi  İŞİD, "Cəbhət ən-Nusra" və onlara qoşulan  qruplaşmalara tətbiq edilmir.
скачать dle 12.1
Xəbər lenti