İŞİD qadın jurnalisti edam etdi – Atası ilə birlikdə

6-09-2015, 18:51
0
İŞİD qadın jurnalisti edam etdi – Atası ilə birlikdə

İŞİD silahlıları Suriyda qadın jurnalisti atası ilə birlikdə edam ediblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Naynava əyalətinin polisi Muhamməd əl-Caburi məlumat yayıb.

Edam edilən jurnalist adıçəkilən əyalətdə çıxan qəzetdə xəbərlər departamentinin əməkdaşı olub. Və regionda baş verən hadisələri işıqlandırıb.

Atası isə bu qəzetin Mosulda yayılmasını təmin edib. Bu ilin fevralından onların hər ikisi İŞİD-in girovluğunda idilər. 

скачать dle 12.1
Xəbər lenti