Qiyamçı general təslim oldu - Desantçılar silahı yerə qoyublar

6-09-2015, 19:25
0
Qiyamçı general təslim oldu - Desantçılar silahı yerə qoyublar

Tacikistanda bir qrup tərəfdarıyla birgə hökumətə qarşı qiyam qaldıran müdafiə nazirinin keçmiş müavini general-mayor Əbdüxəlim Nazarov təslim olub.  

Strateq.az bildirir ki, Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi generalın artıq hökumətə təslim olduğu xəbərini yaysa da, bunun hansı şəraitdə baş verdiyi haqda hər hansı məlumat verməyib. 

Xatırladaq ki, general Əbdüxəlim Nazarovun qiyam qaldırmasına səbəb onun müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi olub. Vəzifədən alınandan sonra onun tabeçiliyindəki desant batalyonu Düşənbə və Vaxdate şəhərlərində mərkəzi hökumətə itaətsizlik göstərməyə başlamışdı və silaha əl atmışdı.

скачать dle 12.1
Xəbər lenti