Yunanıstanda polislə miqrantlar arasında qanlı toqquşma – Xəsarət alanlar var FOTO

6-09-2015, 19:28
0
Yunanıstanda polislə miqrantlar arasında qanlı toqquşma – Xəsarət alanlar var FOTO

Yunanıstanın Lesbos adasında miqrantlarla polis arasında qanlı toqquşma baş verib. Xüsusi təyinatlı polis dəstəsi miqrantları dağıtmaq üçün zora əl atıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, polislər dubinakaları işə salmaqdan da çəkinməyiblər. Miqrantlar arasında xəsarət alanların olduğu bildirilir. 

Miqrantlar polislə toqquşmada «Afinaya istəyirik!» - deyə, qışqırıblar.

«The Telegraph»ın yazdığına görə, hazırda Lesbos adasında 17 min miqrant var. Onlar artıq iki həftədən artıqdır ki, bu adadadılar. 

скачать dle 12.1
Xəbər lenti