Riç Outzen: “İranın münaqişəni daha da gərginləşdirməyə çalışacağını düşünürəm”

31-10-2023, 16:24
74
Riç Outzen: “İranın münaqişəni daha da gərginləşdirməyə çalışacağını düşünürəm”
Birləşmiş Ştatlar Livanda Hizbullah qrupu və İran kimi ölkələr və qruplaşmaların münaqişənin daha böyük bölgədə genişləndirməsinin qarşısını ala bilmək üçün regionda hərbi mövcudluğunu artırıb. ABŞ-ın iki təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqində yerləşdirilib. Birləşmiş Ştatların regional çəkindirmə səyləri çərçivəsində bölgədə 2 mindən çox ABŞ hərbi personalı yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu addımlar Birləşmiş Ştatların İraq və Suriyada hərbi qüvvələrinə qarşı oktyabrın 17-dən bəri 10-dan çox dron və raket hücumu həyata keçirdiyi vaxt atılır. Vaşinqtonda Atlantik Şuranın baş elmi işçisi, ABŞ Dövlət Departamentində hərbi və mülki məsələlər üzrə müşavir kimi çalışmış Riç Ouzten müsahibəsində Birləşmiş Ştatların Yaxın Şərqdə çəkindirmə səyləri, İsrail-HƏMAS müharibəsinin mümkün regional və qlobal təsirləri, İranın regionda ambisiyaları və Rusiyanın Yaxın Şərq münaqişəsində rolu haqda danışıb.
İsrail və HƏMAS arasında münaqişənin gərginləşməsi ilə daha geniş hərbi konfliktlə ilə bağlı narahatlıqların artması fonunda İsrail qüvvələri quruda əməliyyatına hazırlaşır. Bu vəziyyətdə ən ciddi risklər nədən ibarətdir?
Məncə, ən mühüm risklər hərbi deyil, siyasi və diplomatik risklərdir. Bunu ona görə deyirəm ki, İsrail və ya onun regiondakı müttəfiqlərinə qarşı yeni cəbhə açdıqlarını iddia edə biləcək və ya ciddi yeni təhlükə yarada biləcək ölkələrin sayı kifayət qədər məhduddur. Məsələn, oktyabrın 7-də başladıqları döyüş üçün bu qüvvələrə təlim keçilməsi, təşviq edilməsi, silahlandırılması və təchiz edilməsində iştirak edərək, HƏMAS-ın əməliyyatında açıq-aşkar əli olan İran əslində hava-desant qüvvələrinin kütləvi enişini həyata keçirmək və ya dəniz və ya quruda müdaxilə həyata keçirmək bacarığı olan adi və ya hərbi adlandıra biləcəyimiz gücə malik deyil. Yəni, onların bir neçə raketi var, amma açığını deyim ki, Livanda HƏMAS və Hizbullahı təchiz etdikləri [raketlərin] çoxu İsrailə məlumdur. [Raketlərin] bəzisi keçə biləcək.. Amma İsrailin təkcə “Dəmir Günbəz” deyil, həm də bir çox başqa sistemlər olan çoxqatlı hava hücumundan müdafiə sistemi sayəsində onların əksəriyyətini ələ keçirəcəklər.
Ona görə də hesab edirəm ki, İran münaqişəni daha da gərginləşdirməyə çalışacaq. Bu, 1973-cü il deyil. Bu, 1967-ci il deyil. İsraillə müharibə aparmağı nəzərdən keçirən adi ordular çox deyil. Ona görə də mən hesba edirəm ki, ciddi təhlükə siyasi və diplomatik xarakter daşıyır. Mən bununla artıq Türkiyə ilə yaxınlaşma prosesinə başlamış, bildiyiniz kimi Azərbaycanla və müsəlmanların çoxluq təşkil etdiyi bəzi ölkələrlə uzun müddətdir yaxşı münasibətləri olan İsrailin ölkələrdəki rəhbərliyin İsraillə münasibətlərə açıq, lakin ictimaiyyətin fələstinlilərin acınacaqlı vəziyyətinə çox həssas olduğu ölkələrlə təmaslar yaratdığını nəzərdə tuturam. Buraya Misir daxildir. Buryaa Körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Əmirliklər, Qətər və hətta Türkiyə daxildir.
Buna görə də mən hesab edirəm ki, burada risk ondan ibarətdir ki, oktyabrın 7-də baş vermiş dəhşətli terror hücumuna məruz qalaraq İsrailin hərbi reaksiyası o qədər sərt ola bilər ki, bu, həmin ölkələrdə əhalinin böyük bir hissəsinin ondən uzaqlaşması və gələcək diplomatik proses və ya irəliləyiş əldə edilməsinin qeyri-mümkünlüyünə gətirib çıxara bilər. Açığını desəm, iranlıların buna nail olmaq istədiklərini düşünürəm. Mənim fikrimcə, onların məqsədi diqqət çəkmək və HƏMAS-ın israillilərin özlərini regiondakı digər insanlar tərəfindən qəddarlıq kimi qəbul ediləcək çox sərt reaksiya vermək məcburiyyətində hiss edəcəkləri hücumunu həyata keçirməklə regional sülhü pozmaq idi.
Birləşmiş Ştatların məqsədi İran tərəfindən münaqişənin gərginləşdirilməsinin qarşısını almaqdır. ABŞ-ın İranı çəkindirmək üçün aydın strategiyası varmı?
Hesab edirəm ki, bu, açıq şəkildə ifadə edilməsə də, aydındır. Bununla demək istədiyim odur ki, dövlət katibi Blanken və prezident Bayden bəzi mülki və ya qeyri-hökumət şərhçiləri kimi İranın bu məsələdə baxışını vurğulamasalar da, burada diqqət verə biləcəyimiz bəzi məqamlar var. Məsələn, mən hesab edirəm ki, bölgəyə iki təyyarədaşıyan döyüş qrupunun göndərilməsi açıq şəkildə göstərir ki, əgər İran Livan və ya Yəməndəki müvəkkillərinə bu münaqişəni sürətləndirmək və ya gərginləşdirmək əmrini versə, bunun bədəlini ağır ödəyəcəklər. İranın hazırda bir neçə məntəqəsi var. İran müvəkkillərini İslam İnqilabı Keşikçiləri Korpusu və İranla əlaqəli silahlı qrupların olduğu Suriyadan hücuma təşviq edə bilər. Suriyada Hizbullah var və təbii ki, Livanın cənubunda faktiki olaraq dövlətə nəzarət edən Hizbullah qrupu var. Beləliklə, administrasiya tərəfindən həyata keçirilən hərbi çəkindirmə variantının olduğu aydındır, lakin başqa səviyyədə bu, daha ziddiyyətlidir.
Nəyə görə? Çünki hazırkı administrasiya, ABŞ administrasiyası Tehranla nüvə razılaşmasına nail olmaq üçün çox çalışıb. ABŞ-da isə İranla bağlı sərt mövqe tərəfdarları ilə hazırkı administrasiya arasında, daha çox təzyiq göstərmək istəyən və bizim çox yumşaq olduğumuzu və yanlış siqnallar göndərdiyimizi və İrana qarşı güc tətbiq etməli olduğumuzu düşünənlər arasında parçalanma var. Beləliklə, hərbi çəkindirmə tədbirləri aydın olsa da, mən hesab edirəm ki, siyasi mesaj bir qədər qarışıqdır. Açığını desəm, mənim fikrimcə, İranın HƏMAS-ın bu əməliyyatı həyata keçirməsi üçün “düyməyə basmağa” cəsarət hiss etməsinin səbəblərindən biri də budur.
Birləşmiş Ştatlar hərbi münaqişənin genişlənməsi ilə bağlı artan narahatlıqlar fonunda regiona daha çox hərbi resurs göndərir. Hazırda Aralıq dənizinin şərqində iki təyyarədaşıyan gəmi yerləşdirilib. Onlar hansı addım ata bilərlar? Amerika qüvvələrinin hərbi əməliyyatlarda iştirak edəcəyini gözləyirsinizmi?
Mən belə düşünmürəm. Fikrimcə, ABŞ bəzi yüksək səviyyəli məsləhətçilər göndərib. Fəllucədə və İraqın başqa yerlərində döyüş təcrübəsi olan və Qəzza şəhəri kimi problemin necə həll edilməsi barədə məsləhət verməyə getmiş sıx şəhər mühitində döyüş təcrübəsi olan üç ulduzlu Dəniz Piyadaları Korpusu generalı var. Əlbəttə, Birləşmiş Ştatların İsraildə kəşfiyyat sahəsində əməkdaşlıq, logistika sahəsində əməkdaşlıq, silah-sursat təchizatı və bu kimi işlərə kömək etmək üçün çoxlu personalı var. Amerikanın quru əməliyyatlarında və ya hava əməliyyatlarında birbaşa iştirakına ehtiyac olduğunu düşünmürəm. İsrailin özünün böyük ordusu var. Bu işdə iştirak etmək üçün 300 min ehtiyatda olan əsgər geri çağırılıb. Ona görə də buna ehtiyac olduğunu düşünmürəm. Yeri gəlmişkən, ABŞ-ın güc, bizim obyektlərimizin qorunması baxımından öz problemləri var. Bizim İraq və Suriyada kiçik, lakin onlarla mövqelərimiz var və İran onlara hücum etməklə hədələyib. [Onlara] raket hücumları olub. Beləliklə, düşünürəm ki, biz Yaxın Şərqdə öz mövcudluğumuzu və öz mövqelərimizi müdafiə etməyə çalışaraq, kifayət qədər məşğuluq. İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlarda hansısa rola ehtiyac və ya bunun faydası olacağını düşünmürəm.скачать dle 12.1
Xəbər lenti