Azərbaycanda qadın "zapravka"ya basqın etdi - ŞOK təfərüfatlar

3-10-2015, 22:35
0
Azərbaycanda qadın "zapravka"ya basqın etdi - ŞOK təfərüfatlar
Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.
 
Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək kassanı açdırıblar. Sonra onun əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.
 
*   *   *12:32
 
Bu gecə saat 03:00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.
 
Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar. Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.
 
Xatırladaq ki, naməlum maskalılar oktyabrın 1-də də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən "ABU Petrol" yanacaqdoldurma məntəqəsinə basqın etmişdi.
 
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumatda deyilirdi ki, basqınçılar oradan 4000 manat aparıblar.
 
Məntəqənin növbə rəisi Orxan Hacıyev əməliyyatçılara ifadəsində demişdi ki, cinayətkarlar yanacaqdoldurma məntəqəsinə dövlət nömrə nişanı olmayan qırmızı rəngli “VAZ-2107”də gəliblər. Onlar hadisə yerini tərk edərkən videomüşahidə kamerasının yaddaş kartını da çıxararaq naməlum istiqamətdə yoxa çıxıblar.
скачать dle 12.1
Xəbər lenti