Satirik şair Tofiq Həsənli yoxa çıxıb

14-10-2015, 20:50
0
Satirik şair Tofiq Həsənli yoxa çıxıb


Lənkəranda yaşayan tanınmış şair Tofiq Həsənli oğurlanıb.

 

Tofiq Həsənli dünən axşam saatlarında Lənkəranın Qala kəndində naməlum şəxslər tərəfindən aparılıb.
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Satirik şairin anası video vasitəsilə müraciət edərək insanlardan kömək istəyib.
 
Tofiq Həsənli hökumət əleyhinə yazdığı satirik şeirlərlə məhşurdur. Məlumata görə, şairin məhz bu səbəbdən oğurlandığı bildirilir. Onun harada olduğu barədə heç bir məlumat yoxdur.
 
Dünəndən etibarən T.Həsənlinin dostları facebookda onun profil divarına narahat olduqlarını yazırlar. 
 

 

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadXeber.az-a açıqlamasında bildirdi ki, bu barədə onlarda məlumat yoxdur. DİN rəsmisi mövzunu araşdıracağını qeyd etdi.
скачать dle 12.1
Xəbər lenti