İstanbul metrosunda partlayış baş verib, ölən və yaralananlar var - FOTO-VİDEO

2-12-2015, 18:20
0
İstanbul metrosunda partlayış baş verib, ölən və yaralananlar var - FOTO-VİDEO
 
İstanbulun “Bayrampaşa” metrostansiyasında partlayış baş verib.
 
APA-nın “Milliyyet”e istinadən verdiyi xəbərə görə, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub. Hadisə nəticəsində 1 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.
 
Metronun fəaliyyəti hazırda dayandırılıb.
 
Polis partlayışa elektrik transformatorunda qısa qapanmanın səbəb olduğunu ehtimal edir.  
 

 

скачать dle 12.1
Xəbər lenti