Göygöldə kütləvi dava: iki nəfər bıçaqlandı - FOTO

14-09-2015, 17:19
0
Göygöldə kütləvi dava: iki nəfər bıçaqlandı - FOTO
Göygöl rayonunda bir neçə nəfərin iştirakı ilə dava baş verib.
 
Kəpəz TV-nin (Region TV) verdiyi xəbərə görə, mübahisə zamanı iki nəfər Bakı şəhər sakini, 21 yaşlı Murad Əlövsət oğlu Kərimov və Göygöl sakini, 26 yaşlı Sərxan Faiq oğlu Məhərrəmov bədənin müxtəlif nahiyələrindən bıçaq zərbələri alıblar.
 
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
 
Xəstəxanadan verilən məlumata görə yaralılardan Sərxan Məhərrəmov ürək Murad Kərimov isə bel nahiyəsindən xəsarət alıb.
 
Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Polis hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsini araşdırır. 
 
Göygöldə kütləvi dava: iki nəfər bıçaqlandı - FOTO
 
Göygöldə kütləvi dava: iki nəfər bıçaqlandı - FOTO
 
скачать dle 12.1
Xəbər lenti