İsmayıllıda sel: yol bağlanıb təxliyə olunanlar var

9-09-2023, 19:22
410
İsmayıllıda sel: yol bağlanıb təxliyə olunanlar var

Bugün, avqustun 26-da yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun Mollaisaqlı kəndində də vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edildiyi bildirilir

Məlumata görə, selin baş verdiyi ərazidən dörd nəfər təxliyə olunub.

скачать dle 12.1
Xəbər lenti