Dünyanın ən BAHALI idman klubları - SİYAHI

10-09-2023, 10:45
405
Dünyanın ən BAHALI idman klubları - SİYAHI

Milli Futbol Liqasının (NFL) təmsilçisi “Dallas Kovboys” 9 milyard dollarla dünyanın ən bahalı idman klubu seçilib.

Xəbər verir ki, bu barədə “Forbes” jurnalının tərtib etdiyi ən bahalı klubların illik siyahısında bildirilir.

Qeyd edək ki, siyahının lideri 2016-cı ildən bəri birinci yeri tutur.

İkinci yeri Beysbol Liqasında oynayan “Nyu-York Yankis” klubu (7,1 milyard dollar) tutub.

Üçüncü yerdə Milli Basketbol Assosiasiyasının (NBA) klubu Qolden Steyt” və NFL klubu Nyu-İnqlend Petriots” (hər biri 7 milyard dollar) qərarlaşıb.

“Los-Anceles Rems” (6,9 milyard dollar), “Nyu-York Cayents” (6,8 milyard dollar), “Çikaqo Bearz” (6,3 milyard dollar) və “Las-Veqas Reyders” (6,2 milyard dollar) beşinci və səkkizinci yerləri tutublar.

“Nyu-York Niks” (NBA) və “Nyu-York Cets” (NFL) hər biri 6,1 milyard dollarla 9-cu yeri bölüşüblər.

İlk dəfə Avropadan siyahıda İspaniyanın “Real Madrid” (6,2 milyard dollar) klubu yer alıb. Ən bahalı futbol klublarının ilk üçlüyünə “Mançester Yunayted” (13-cü yer; 6 milyard dollar) və “Barselona” (18-ci yer; 5,508 milyard dollar) daxil olub. “Formula 1” komandaları “Ferrari” (3,9 milyard dollar) və “Mercedes” (3,8 milyard dollar) müvafiq olaraq 45 və 47-ci yerlərdə qərarlaşıb. Siyahıya 31 NFL komandası daxil edilib. Milli Xokkey Liqasından isə heç bir komanda siyahıda yer almayıb.

скачать dle 12.1
Xəbər lenti