Neft kəskin ucuzlaşdı: 37,9 dollar
13-12-2015, 18:03
0
Neft kəskin ucuzlaşdı: 37,9 dollar
Dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.
Bu gün axşam "Brent" markalı neftin bir barrelinin qiyməti 38 dollardan da aşağı çatıb. Hazırda bu neftin bir barreli 37,94 dollarda qərarlaşıb.
WTI markalı neftin də qiymətində enmə müşahidə olunur. Belə ki, WTI-nin bir barreli 35,64 dollardan satılır.
Bu qiymət 2008-ci ildən bəri ən aşağı səviyyə kimi dəyərləndirilir.
скачать dle 12.1