Neft Fondu 3,5 milyard dollar itirdi

8-01-2016, 17:06
0
Neft Fondu 3,5 milyard dollar itirdi
2015-ci il dekabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri  33,6 mlrd. dollar təşkil edib. Bu barədə  fonddan məlumat verilib.
 
Xəbər verildiyi kimi, 2015-ci il yanvarın 1-nə ARDNF-in aktivləri  37 mlrd. 104,1 mln. dollar təşkil edirdi
 
Beləliklə, 11 ay ərzində fondun aktivləri 9,5% və ya 3,5 milyard dollar azalıb.
 
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
скачать dle 12.1
Xəbər lenti