Əfqanıstanın Hellmənd əyalətində 51 terrorçu məhv edilib
19-10-2016, 00:54
0
Əfqanıstanın Hellmənd əyalətində 51 terrorçu məhv edilib
Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin Helmənd əyalətində həyata keçirdiyi əməliyyat nəticəsində «Taliban» terror təşkilatının 51 üzvü məhv edilib. Ölənlər arasında 3 komandir də var. Bu barədə TOLO News telekanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, əməliyyat əyalət paytaxtı Laşkarqahın Başran rayonunda həyata keçirilib. Bildirilir ki, hərbçilər terrorçuların nəqliyyat vasitələrini və silahlarını məhv edə biliblər.
Qeyd edək ki, Əfqanıstan hökuməti ötən həftə Helmənd əyalətinin Laşkarqah şəhərində genişmiqyaslı hücum əməliyyatına başlayacaqları ilə bağlı xəbər vermişdilər.
скачать dle 12.1