Azərbaycanın ixracı 356,Ermənistanınkı 596 milyon dollar olub

27-04-2018, 20:09
18 934
Azərbaycanın ixracı 356,Ermənistanınkı 596 milyon dollar olub

2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 3 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilmişdir (98,7 milyon ABŞ dolları).

2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoruna aid məhsullar arasında isə elektrik enerjisi birinci (33,9 milyon ABŞ dolları), qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olmuşdur.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Gürcüstan Statistika İdarəsinin məlumatına görə qonşu dövlətin analoji dövrdə ixracının həcmi 700 milyon dollar olub. Çox məhdud iqtisadi imkanları olan Gürcüstanın Azərbaycandan daha effektiv sənaye qurmasını bu fakt açıq göstərir.

Ermənistan Statistika Komitəsinin üç ayın nəticələri ilə bağlı yaydığı məlumat Azərbaycan üçün çox pis xəbərdir. Məsələ burasındadır ki, 2018-ci ilin birinci rübündə Ermənistanın ixracının həcmi 596 milyon dollar təşkil edib.

скачать dle 12.1
Xəbər lenti