Hakimiyyət-PKK əməkdaşlığının sübutu

25-09-2014, 19:53
0
Hakimiyyət-PKK əməkdaşlığının sübutu

 

Dünən Brüsseldə Avropada yaşayan azərbaycanlılar adından Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbilə keçirilən aksiya zamanı bu şəkildə gördüyünüz şəxs kənardan izləmə prosesi həyata keçirirdi. Aksiyanın keçirildiyi Luxemburg pleindən bir qədər aralıda onu CİP modelli maşında gözləyənlər var idi. Bu adamdan əlavə Avropa Azərbaycan Cəmiyyətindən olduğu deyilən bir nəfər də aksiyanı izləməyə göndərilmişdi. Həmin şəxs siyasi mühacirlərin qəzəbindən elə qorxdu ki, Azərbaycan dilində danışa-danışa azərbaycanlı olduğunu belə dandı.

İndi gələk əsas məqama.

Aksiya başa çatandan sonra dostlarla biz söhbətləşmək üçün yaxınlıqdakı kafelərdən birinə getdik. Kofe içib kafeni tərk edən zaman bir CİP kafenin qarşısında dayandı. Maşının şüşəsi açıldı və içəridəki 3 adamdan biri (arxada əyləşən) Eldaniz Yusibovdan aksiyanın harda keçirildiyini soruşdu. Eldəniz bəy də aksiyanı biz keçirdiyimizi deyərək kim olduqlarını soruşdu. Onlar da "Abi, biz apoçuyuq, PKK-lıyıq. Bizə söylədilər ki, burda İŞİD-çilər aksiya keçirir. Bizdə gəldik onları bulmaya" dedilər. Qısa söhbətdən sonra "Onlar bəlki də gec qaldıq, aksiya bitmişdir" söyləyib ordan uzaqlaşdılar.

Bu gün dostlardan biri yazıb ki, həmin PKK-lıları bizim aksiyadan narahat olan hakimiyyət nümayəndələri göndəriblərmiş. Həm də onları inandırıblarmış ki, İŞİD tərəfdarları Luxemburg pleində aksiya keçirir. PKK-lıların da məhz həmin meydana gəlməsinin səbəbi bu imiş.

Bu faktın özü göstərir ki, Azərbaycan hakimiyyətinin bir sıra səlahiyyətliləri və onların Brüsseldəki qurumları PKK ilə sıx işbirliyindəidirlər. Hətta o qədər yaxındılar ki, PKK-lıları istənilən an, istənilən yerə yönəldə bilirlər. İndi söyləyin, 30 min türkün qanını tökən, qardaş Türkiyəni parçalamaq üçün illərdir kullanılan bir terror örgütü ilə bu cür əməkdaşlıq edən hakimiyyətin dünən Brüsseldə olduğu kimi, sabah da Bakıda bu apoçuları sadə vətəndaşların üzərinə göndərməyəcəyinə qarantiniz varmı? Görəsən, Türkiyə nə zaman kəndinə gəlib bunu görəcək? Oyan ey Türkiyə, örgütçüyə, bölücüyə dəstək verəni kənarda yox, qulağının dibində axtar. Uzaq görənsiniz bilirik. Amma arada yaxını da görün...

Fikrət Hüseynli

скачать dle 12.1