Tumanyanlardan əl çəkin!

2-10-2015, 11:57
0
Tumanyanlardan əl çəkin!

Neqativlərlə dolu olan cəmiyyətimiz haqqında yazmaq ilk növbədə peşə borcumuzdur. Şübhəsiz, bizi əhatə edən ürəkağrıdıcı problemlər göz qabağındadır. Hər birimiz gündəlik rastlaşdığımız problemləri qələmə ala bilməsək də, bəzilərimiz bu haqda danışmaqla ürəyimizi “boşaldırıq”. Lakin nə yazmaqla, nə də deməklə bu neqativləri aradan qaldırmaq mümkün olmur. Əksinə, həmin problemlər günbəgün üst-üstə qalanıb dağ boyda şişir.
Bir sözlə, cəmiyyətdə ürəkaçan bir mənzərə yoxdur. İstər təhsil, istər mədəniyyət, istər də əxlaq problemi illərdir çözülmək bilmir...
Təbii ki, bütün neqativlərin başında əxlaq probleminin durduğunu desək, bəlkə də yanılmarıq. Çünki üzdə olan, tanınmış bir insanın əxlaq problemi mövcuddursa və üstəlik, o, dövlət məmurudursa, bu, cəmiyyətə daha böyük zərbə vurur. O cümlədən, həmin məmurun övladının əxlaqsızlığı, qudurğanlığı da milli mənəviyyatımıza öldürücü zərbələr vurur!
İndiyə qədər dəfələrlə bəzi məmurların ailəsinin və övladlarının etdikləri özbaşınalıqlar hətta prezident səviyyəsində müzakirə olunsa da, hələ də bu barədə yeni-yeni məlumatlar gəlməkdədir. Bu isə bütövlükdə millətin əxlaqına, mənəviyyatına mənfi təsir etməkdədir. Əlbəttə, bu problemlər Azərbaycanda baş verəndə ildırım sürəti ilə yayılır, baş verənlər hər kəsə bəlli olur və fəsadlar da göz önündə. Ancaq son vaxtlar məmur övladları ilə bağlı ölkədən kənarda yaşanan biabırçı hadisələrin sayı da artmaqdadır. Hansı ki, onların bu əməlləri birbaşa əxlaq problemi ilə bağlıdır və ölkəmizin imicinə heç də müsbət təsir göztərimir.
Xatırladaq ki, hələ bir neçə il öncə yüksək çinli məmur qızının  Böyük Britaniya Krallığında hansısa erməni Tumanyanla gəzdiyi haqda xəbərlər yayılmışdı. Hansı ki, həmin vaxt dövlət məmurlarından birinin oğlunun bu əxlaqsızın qarşısını almaq üçün tədbirlər gördüyü və bunula əlaqədar bütün vasitələrdən istifadə etdiyi ortaya çıxdı.
Burada bir haşiyə çıxım ki, adını çəkməyəcəyim həmin məmur oğlunun İngiltərədə belə hadisələrə sərt reaksiya verməsi kifayət qədər inandırıcıdır. Çünki əldə etdiyimiz məlumata görə, Azərbaycandan bu ölkəyə kim oxumağa gedirsə, həmin məmurun oğuluna məlumat ötürülür. Bəzən oxumağa gedən tələbələri hələ Azərbaycanda ikən axtarıb tapır, hər hansı köməyə ehtiyacı olub-olmadığını soruşurlar...
Çox təəssüf ki, bütün bunların əksinə, son günlər daha bir üzücü xəbər gəldi. Belə ki, daha bir nazir qızının erməni aktyoru Armen Ciqarxanyanla “dostluğu” meydana çıxdı...
Əslində, dostluğa sözümüz yoxdur. Ancaq kiminlə? Bəli, normal şəkildə hər bir şəxsin istədiyi şəxslə dostluq etməsi onun öz haqqıdır. Lakin nəzərə alaq ki, dostluq edən sıradan bir vətəndaş deyil, Azərbaycan səhiyyə naziri Oktay Şirəliyevin qızı Nara Şirəliyevadır.
O, Azərbaycanın səhiyyə nazirinin qızı olmasaydı, bu məsələyə bir don geydirmək olardı. Üstəlik, dostluq etdiyi şəxs də Armen Çıqarxanyan! Erməni millətinin mədəniyyət siması.
Əgər xalqların dostluğu məsələsindən söhbət gedirsə, bu erməni ilə bizə aid deyil. Çünki erməni ilə bizim dostluğumuz mümkün deyil. Biz necə dost ola bilərik ki, on minlərlə şəhidimizin qanı hələ də yerdə qalıb. Günü–gündən də cəbhədə əsgərlərimizin qanı tökülür. Nara Şirəliyena bu şəhidlərimizin ana-bacılarının gözünə necə baxa bilər?
Bəziləri deyə bilər ki, şəxsi məsələdir, onsuz da nə vaxtsa ermənilərlə dostluq edəcək, gələcəkdə bir yerdə yaşayacağıq, nə bilim nələr-nələr. Ancaq bircə fakta diqqət yetirək: indiyə qədər istər mədəniyyət xadimi, istər siyasətçi olan bir nəfər erməni Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyib. Halbuki, bu həqiqəti onlar da bilir ki, nəinki Qarabağ, hətta Ermənistan torpaqları belə, bütövlükdə Azərbaycan ərazisidir.
O halda, həmin erməni mədəniyyət xadimləri ilə dostluq etməyə dəyərmi?! Əlbəttə, yox! Əgər, kimlərsə bu “dostluq”da maraqlıdırsa, deməli, burda başqa maraqlar var. Elə biz də həmin o marağın axtarışındayıq...

 

Daşqın Nuriyev

скачать dle 12.1