Üzülün və daha ağır mübarizəyə hazır olun...

10-08-2015, 22:31
0
Üzülün və daha ağır mübarizəyə hazır olun...

Üzülün və daha ağır mübarizəyə hazır olun...

Ağır iqtisadi-sosial problemlər səbəbi ilə Ermənistanın sürətlə boşalması, minlərlə erməninin ölkə sərhədlərini tərk etməsi ilə bağlı xəbərlərə Azərbaycan mediasında tez-tez rast gəlinməkdədir. Ermənistanın faciəsi kimi təqdim edilən bu xəbərlər əsasən iki məqsədə xidmət edir. Bunlardan biri, Ermənistandakı proseslər fonunda Azərbaycandakı iqtisadi-sosial durumun üstünlüyünü ortaya qoymaq, ikincisi, ictimai rəydə müharibə başlayacağı təqdirdə insan resursu baxımından ölkəmizdən geri qalan Ermənistanı daha tez məğlub edə biləcəyimiz düşüncəsini formalaşdırmaqdır.

Əslində bu gün sadə vətəndaşlar arasında da Ermənistanın boşalmasını uğur kimi qiymətləndirən, bundan sevinc duyan insnalar yetərincədir. Əksəriyyəti fikrincə, boşalan Ermənistan hər şeydən öncə Qarabağ savaşında zəif müqavimət, asan qələbə deməkdir, hansı ki, bu qələbə Müdafiə Nazirliyinin ardıcıl hədələri və neft pulları fonunda o qədər də uzaq görünmür.

Lakin Ermənistanın boşalmasından sevinc duyanlar bu məsələdə ən başlıca amili diqqətdən qaçırırlar. Bu, boşalan Ermənistanın bütün dünyanı sürətlə erməniləşdirməsi reallığıdır.

Bəli, ermənilərin Ermənistanı tərk etməsi bizim iddia etdiyimiz kimi, heç də ermənilərin faciəsi deyil. Əksinə, bu tərkediş Ermənistan üçün daha böyük, daha ciddi, daha əhəmiyyətli uğurlar üçün bir tranpilin, bir başlanğıcdır.

Nə qədər acı da olsa etiraf etməliyik ki, bir erməninin bir azərbaycanlıdan ən böyük üstülüyü onun harada, hansı statusda olmasından asılı olmayaraq vətəninin maraqları üçün səylə çalışması, yaşadığı, sözünün və zorunun hökmü keçdiyi hər yerdə erməniləri himayə etməsidir. Bir erməninin öz vətənindən ayrı düşməsi nə onu, nə də vətənini zəif salmaz. Əksinə, vətənindən ayrı düşən erməni vətəninə xeyir vermək, soydaşlarına faydalı olmaq üçün ikiqat qüvvə və səy sərf edir ki, bu da onların yaşadıqları dövlətdə qısa zamanda bəlli bir mövqe sahibi olmasına gətirib çıxardır. Tarixə nəzər salsaq görərik ki, vaxtiylə Ermənistandan Rusiyaya, ABŞ-a, Fransaya, Belçikaya, Böyük Britaniyaya və s. dövlətlərə ermənilərin axını Ermənistanı zəif salmadı. Əksinə, bu proses adı çəkilən dövlətlərin hamısı erməni və Ermənistan aşiqi elədi. Bu dövlətlərdə məskunmlaşan ermənilər az bir müddət ərzində yaşadıqları cəmiyyətdə ictimai rəyi ələ ala, bu rəydə Ermənistanın xeyrinə ciddi redaktələr etməyə nail ola bildi. Bu baxımdan heç şübhəsiz ki, bu gün dünyanın aparıcı dövlətlərinin Ermənistanı dəstəkləməsinə görə rəsmi İrəvan hər şeydən əvvəl XIX-XX əsrlərdə bu ölkələrə mühacirət edən ermənilərə, onların nəsillərinə borcludur.

Bu gün minlərlə erməninin dünyanın dörd bir yanına səpələnməsi də qısa zamandan sonra eyni effekti verəcək, eyni aqibətlə sonuclanacaqdır. Üz tutduğu dövlətlədə hədsiz hiyləgərlikləri və anadangəlmə səriştələri sayəsində mühüm postlara yiyələnəcək bu şəxslər yaşadıqları cəmiyyətin düşüncəsində bir erməni sevgisi, bir erməni imperiyası formalaşdıracaq və böyük çoxluğu bu imperiyanın qələbəsi naminə səfərbər etməyi bacaracaqdır. Çox keçməyəcək ki, dünyadakı erməni himayədarlarının sayı bir neçə dəfə artacaq və bütün dünyada bir erməni rüzgarı, bir erməni fırtınası əsməyə başlayacaqdır.

Odur ki, Ermənistanın boşalmasından sevinmək deyil, üzülmək, bu gedişin nəticələrinə ciddi şəkildə hazırlaşmaq daha məntiqlidir. Biz Ermənistandan gedən hər bir erməni üçün üzülməli və daha ağır mübarizəyə hazır olmalıyıq. Anlamalıyıq ki, bu gün Ermənistandan qopan hər bir erməni sabah Azərbaycanla mübarizəyə minlərlə, milyonlarla qeyri-ermənini səfərbər edəcək, damarında erməni qanı daşımayanları belə Ermənistanın maraqları naminə səy göstərməyə vadar edəcəkdir. Biz gedişinə sevindikərimizin əməli-ideoloji dönüşünə hazır olmalıyıq.

Bir erməninin məsafə baxımından uzada olması onun təhlükəliliyi azaltmır. Necə ki, öz zəhərəini bir neçə metr uzağa dəqiqliklə tüpürməyi bacaran kobranın  sizə xəsarət yetirməsi üçün onun hökmən ayaqlarınıza dolanması vacib deyil. Əksinə, bəzən “uzaqdakı təhlükənin” zərbəsi daha gözlənilməz və daha ölümcül olur.

Bir kobra ətrafdakılar üçün nə deməkdirsə bir erməni də ətrafdakılar üçün o deməkdir. Onların arasında sadəcə bir fərq var. Kobra öz məqsədinə çatmaq üçün digər canlıların köməyindən yararlanmaq, onları bu məqsəd uğrunda toparlamaq bacarığına malik deyil. Belə bir bacarıq yalnız ermənilərə məxsusdur. Bu isə onu bir kobradan daha təhlükəli, daha yenilməz edir.

 

 

Azər Sadixov

скачать dle 12.1