Sənsizlik utanir, üzü yoxdu üzümüzə baxmağa.Bəzən xatirələr izn vermir, yox edirlər onu. Amma hemişə yox,bəzən... elə anlar var ki, elə xatirələr özləri sənsizliyi çağırırlar. Çünki bəzən onlar tək bacara bilmirlər bizimlə, qorxurlar bəlkə də bir gün gümanımızı üzərik onlardan. Bax onda sənsizliyi çağırırlar, əl- ələ verib üzümüzə dururlar, "bizsiz olmaz" deyirler.
Bəzən səninlə bir süfrəyə otururq, xatirlərə də bir boşqab qoyuruq, danışır sənin yerinə. Sonra baxırıq ki, özümüzlə danışırıq, sonra baxiriq ki yerin boşdu. Sonra sənsizlik "mən burdayam" deyir. Sonra xatirələr yeniden çıxırlar gizləndikləri yerden, qoşulub bir-birlərinə səs-səsə verirler, Bu sefer güldürmekçun yox, bu sefer varligini hiss etdirmekcun yox, bu səfər məhz ezmekcun, "ozunuzu aldatmayin" deməkçün. Bax belə her dəfə qeherlenmemekçün xatireleri qovduqda onlar sensizlikden kömək umurlar.
Sensizlik qapi taqqiltisini xatirladir her axsam 7de, o yüzlerle taqqıllitinin arasindan secdiyim, dörd barmağının ucu ilə dəmirə doyub evi titretdiyin, bezen anamin " gece gece " bele möhkem döyme, adam diksinir" deyib gileylendiyi, hər gün uşaq kimi " ata geldi" deyib qapiya qacdigimiz taqqilti...
Her axşam serialimin vaxti gelende eyneyimi axtariram her zamanki kimi. Sensizlik tapir getirir, divarlarin yaddasi var, eks-seda verir sesin , " qızım,o deqiqe hirslenme, bax metbextde unutmusan" deyirsen.
Taxiram gözüme mene aldiğin en son eyneyi. Bu hissleri menden basqasi yasaya bilermi bilmirem, amma her eyneyimi gozume taxdiqda " bu sonuncudu, sindirsam, bir de eyneyim olmayacaq" dusunurem. Ne qeribedir senden sonra deyisikli taxmaqçün aldığım bütün eynekler sinib. Hekayeleri yoxdu, yasaya bilmirler. Gun eyneyi kimi alib optika icsisinden suselerini deyismeyi xahis etmisdin. Eynek ustasi eyneye diqqetle baxdiqdan sonra dillendi :" yox bunu duzelde bilmeyecem". Tekid etdik, sonda razilasdi, "amma zeif olacaq, tez sina biler təminat vermirem" dedi. Sevincden gozlerin parladi, axi men o eyneyi cox beyenmisdim, eləbil menim 20 yox 5 yasim var idi. Ozundenrazi sekilde vurguladin" gorursunuz mu, ölümə çarə yoxdu bircə."
O zeif eynək hələ də gözümdədi, güclü bilib aldıqlarımın acığına.
Sən haqlıymışsan, ATA, biz ölümə çarə tapa bilmədik. Sən onsuzda hər zaman haqlı idin, gərək bu sözü heç demeyəydin
Eynəyimin dörd yaşı var, sənsizlikdən üç yaş böyükdü. Amma sənsizlik böyuk-kiçik bilmir. Yapışıb eynəyimə, gözlərimə qonur hər dəfə, mən dünyanı daha aydın görmək istəyəndə. Qisasi sensizlik eyneyim qeder yaxindi.
Tək eynək yox, məsəslən seher tezden calan saat sesi sukuta bururyur bezen evi. Anamin her gun tekrar etdiyi sozler cingildeyir qulaqlarimda " a bala atani oyat, denen gecikir". Sonra... Sonra yene anamin sozleri yarir sukutu ama bu defe gercek heyatda- "ana qurban oyan, ise gecikersen" deyir.
Her yigincaqa sensizlikle gedirik. Her kes gorur yanimizda o gorunmez mexluqu, her kes nezeri ile gorduyun bildirir. Kimisi nevazisli, kimisi yaziq, kimisi teessuf dolu baxisla.
Bir az sene benzese sensizlik, bir defe "qizim dese", bir defe qapimizi doyse, bir defe hirslense senin kimi gozlerini hiddetle acaraq, barmagi ile hedeleyerek, amma yox, dilsiz-agizsizdi, yoxluq icinden nece var olmaği bacarir, anlamaq cetindi.
Sevmemek sansim var goresen goresen onu? Ömürlük ömrümüze calandi yoxluğun. Sevə bilmirik, qova bilmirik.
Hə, bir də bayramlar var ATA, səhəri məzar ziyarəti ilə başlayan bayramlar var. Nə yalan deyim küsürəm səndən, sonra bir bəhanə tapıb barışıram.
Yeni il gəlir. Təqvim bir yaş böyüdü, ya sənsizlik, bilmirəm vallah. Hər bayram bir az boy atır sənsizlik, bir azdan ayaq açıb yeriyəcək, bir azdan dil açıb danışacaq.
Başa sala bilirəm ya yox bilmirəm, amma bircə onu biləsən ki, her şey keçdi getdi, her şey düzeldi, her şey öz yolun tapdi. Birce sensizlikden basqa. Birce o getmedi, birce o duzəlmədi, bircə o yer tapmadi, nə qəlbimizdə, nə beynimizdə.
Turan Qarayeva
скачать dle 12.1