Bəlkə də burada bilavasitə bu gün Ermənistanda baş verən hadislərdən və eləcə də cəbhə xəttinə yaxın rayonların bu ölkənin silahlı qüvvələri tərəfindən getdikcə intensivləşən artilleriya atəşinə tutulmasından danışmaq daha məqəsədəuyğun olardı. Amma Ermənistanda baş verən hadisələr həmişə özünün məchulluğu ilə sezilib. Bu hadisələr bir növ ümid yeri qoymur.
Biz nə istəyirik? İstəyirik ki, elə bir gün gəlsin ki, Ermənistanın cəmiyyəti oyanaraq neçə illərdir hər iki ölkəni üzən bu silahlı münaqişəyə son desin. Amma baxıb görürsən ki, bəzən tamam əksinə olur - ölkə müxalifəti Sərkisyan hakimiyyətini Qarabağın müstəqilliyini tanımamaqda, Azərbaycana qarşı “loyal” siyasət yürütməkdə və bir növ qəti hərəkət etməməkdə qınayır.
Bəlkə də ölkədə vəziyyət gərginləşəndə cəbhə xəttində də vəziyyətin gərginləşməsi, atəşkəs rejiminin pozulmasının daha intensiv xarakter alması elə bununla bağlıdır - Sərkisyan hakimiyyəti erməni ictimaiyyətinin gözündə daha “qətiyyətli”, Azərbaycana qarşı daha barışmaz görünməyə cəhd edir.
Həm də nə məsələdirsə, prezidentlərin görüşü ərəfəsində atəşkəs rejiminin pozulması daha intensiv xarakter alır. Son vaxtlar isə erməni tərəfi iriçaplı və daha çox dağıntı və ya təlafat yaratmaq istidarında olan artilleriya silahlarından istifadə edir.
Təbii ki, Azərbaycan belə cəhdlərin qarşısını alır. Amma münaqişənin daha bir özəlliyi var - ermənilərin yaşayış bölgələri cəbhə xəttindən bir qədər uzaq məsafədə yerləşir. Bu isə istər-istəməz asimmetrik hərbi vəziyyət və cavab atəşləri üçün çətinlik yaradır. Amma pessimizm üçün də əsas yoxdur. Zaman keçdikcə bizim müdafiə və hücum imkanlarımız artır, həm də çevikləşir.
Ona görə də ermənilərin hansısa üstünlüyündən danışmaq yersizdir. İnşallah, çox keçməz ki, işğal olunmuş torpaqlar da tamam azad edilər, Qarabağda Azərbaycanın suverenliyi bərqərar olar, bu bölgəyə nəha
Bu mənada prezidentlərin görüşü də istisna deyil. Artıq təxmini vaxt da bəlli görünür - görüş dekabrın ortalarında baş tutmalıdır. Təbii ki, gözləntilər elə böyük deyil. Bu vaxta qədərki görüşlər bir nəticə versəydi, bu görüşə də ümid etmək olardı. Amma əfsus ki, həmin o görüşlər indi daha çox Qarabağ problemilə məşğul olan ən peşəkar tədqiqatçıların və bir də bu görüşlərlə bilavasitə bağlı olan diplomatların yadında qalıb.
İl ərzində Rusiyanın münaqişə ilə bağlı guya ki, irəliləyişə yönələn cəhdləri də diplomatik və siyasi dedi-qodudan başqa bir şey olmadı. Ən azı bu gün üçün və yaxın gələcək üçün ortada bir şey yoxdur. Rusiya indi daha çox Suriya ilə və Yaxın Şərqlə məşğuldur. Özü də bunu böyük həvəslə edir, çünki bu məsələ digər münaqişələri, xüsusən də Ukraynadakı münaqişəni bir növ arxa plana və geosiyasi məchulluğa keçirir.
Ruslar bir məsələni yaxşı əxz ediblər - onlar bilir ki, ən yaxşı müdafiə hücumdur. Ona görə də böyük həvəslə Suriyadakı münaqişəyə girişdilər və bu münaqişədə daha dərinə getdilər ki, bir az əvvəldə dediyimiz kimi, Ukrayna və onun problemləri unudulsun.
Təbii ki, Qarabağ, hətta Ukrayna da dünyanı Suriya qədər narahat etmir, ona görə ki, bu bölgənin qaçqınları Qərbin qapınısını döymür, bu bölgələrin hərbi komponentləri hansısa formada Qərbi təhdid etmir.
Əslində bu gün Qərb Suriya problemini həll etməkdən çox öz problemlərinin həlli ilə məşğuldur. Bunu başa düşmək üçün elə bir ağıl tələb olunmur. Bəlkə də bizim də, ukraynalıların da zəif cəhəti o oldu ki, öz problemimizi dünyanın və xüsusən də Qərbin probleminə çevirə bilmədik.
Ona görə də bu gün Minsk Qrupunun həmsədrləri tənbəl-tənbəl özlərinin sosial şəbəkələrdəki səhifələrində nəsə yazmaqla məşğuldurlar. Əvvəllər daim olmasa da, hərdən deyirdilər ki, həmsədrlər yeni təkliflər üzərində işləyir. Ola bilsin, indi də hansısa təkliflər var. Amma bu haqda heç kim danışmır, sanki onlar heç yerli-dibli olmayıb.
Bu vaxta qədər həmsədrlər öyünürdü ki, atəşkəs ciddi şəkildə pozulmur. Amma lokal pozuntular da öz miqdarına və itkilərinə görə az narahatlıq və az həyəcan doğurmur. 20 ildən çoxdur ki, insanlar Minsk Qrupunun vəd etdiyi əsl sülhü gözləyir. Görən Minsk Qrupunun vədlərinin gerçək olacağını və ilk gündən daha çox hərbi münaqişə olan problemin sülh yolu ilə çözülməsini görmək bizə qismət olacaqmı?