Müsəlman dünyası özünü o günə qoyub ki, indi oturub bir-birini qırır. Yaxşı da bəhanələri var, "qərb dövlətləri aramıza nifaq salır".
Ə, ağlınız olsun, qərbin aranıza nifaq salmasına icazə verməyin də. Kukla olmayın da.
Camaat elm oxuyub, Aya, Marsa dırmaşanda, siz "Ya imam-Ya Hüseyn" deyirdiz, camaat fizikanı, kimyanı oxuyub bomba düzəldib təpənizə tökəndə, siz, "Mehdi gələcək-zülm bitəcək" təfəkkürüylə yaşayırdız.
Bunun axırı belə olmalıydı da. Elə bu təfəkkürə görə qardaş qırğınından qaçan müsəlman, "kafir" Avropasına qaçır da. Bir şey olan kimi də, "bu əsl İslam deyil" deyirsiz. Əsl İslam haradadır bəs ? İranda deyil, Turanda deyil, Səüdiyyədə deyil, Azərbaycanda deyil, hardadır bəs?
"Neujeli" bir dənə damazlıq da olsa əsl islam ölkəsi yoxdur ki, çıxardıb camaata göstərək ?
Allahınız deyir ki, "zalıma boyun əymə, zülmə dözmə", amma siz zalıma da boyun əyirsiz, zülmə də dözürsüz. Diliviz, ancaq Ruslanın üstünə çıxır ki, niyə dinimizi qəbul etmirsən ? Çünki, Ruslana etiraz etmək, Ruslanı tənqid və ya təhqir etmək sizin üçün təhlükə törədmir axı, Nə var e, üstümə "xod" getməyə, topum yox, topxanam yox, hünəriniz var "xod" gediləsi adamların üstünə "xod" gedin, görüç gedə bilirsinizsə.
Adamı həm də o yandırır ki, ərəbdən ötrü səhərdən-axşama kimi göz yaşı töküb, sinə döyənlər, öz milləti üçün əlini belə tərpədmir. Elə bil bunların beyinləri 10-15 əsr geridə qalıb. Və bu beyin sahibi gəlib mənə deyir ki, sən "ne pravsan". İndi hirslənmə görüm necə hirslənmirsən...
Qısası, sözüm odur ki, müsəlmanın başına nə gəlirsə, öz avamlığı, cahilliyi və axmaqlığı üzündən gəlir. Bir də ki, o söz var e, "müsəlmanın sonrakı ağlı", bax o söz də boş sözdür, müsəlmanın sonrakı ağlı zadı yoxdur, nədirsə, budur...
Ruslan Məmmədzadə