Etdikləri cinayətlərin qorxusunda batanlar

30-04-2015, 18:07
0
Etdikləri cinayətlərin qorxusunda batanlar
Prezident administrasiyasından, AzTV-lərdən əski yardımçıları “Yeni Müsvat”adək sapand, tüfəng, top - kimin nəyi var, kimin gücü nəyə çatır, kimin əlinə nə keçdi götürüb... ABŞ-ı  yenməyə yükləniblər. ABŞ prezidenti deyil, Rusiya prezidenti Irəvana yalançı “genosid” qutlamasına gəlmişdi. Belədə Rusiya hökumətini qoyub, ABŞ-a qızmaq nə deməkdir? 2013-də bunlar “Yeni Müsavat”ı qabağa verməklə Milli Şuranı “Rusiya projesi” deyə, gözdən salmağa çalışırdılar. Indi Milli Şuranı ABŞ-ın Azərbaycana yönəlik şevriliş projesində başlıca fiquranta çeviriblər. Etdikləri çoxillik, çoxsaylı cinayətlərin qorxusundan ağıllarını itiriblər!
1993-dən (dərinə getsık, 1969-dan) bu yana xalqa məhkəmə qurublar. Bu məhkəmələr indi daha çox “vergidənyayınma, mənimsəmə” suçlamalarına gəlib dirənib. Korrupsiya-monopoliya rejiminin başında duran bunlar, “vergidən yayınma, mənimsəmə” suçlaması ilə tutulan... xalq! Monteskyö yazırdı: “Qanun hörümçək torudur; yekə milçəklər ondan sivişiv keçir, xırdalar ilişib qalır”. Bunlarda qanun stingerdir - xalqa bağlı kimsələri vurub yıxmağa yönəlik stinger! Hakimiyəti itirməmək üçün ən qatı Azərbaycan yağısıyla belə, iş birliyində bulunur, ölkənin var-yatırından keçirlər. Yalnız illərlə soyub-yağmaladıqları Azərbaycan xalqına gəldikdə... aşılmaz dirəniş dağına dönürlər: demokratiya - olmaz; özgürlük - olmaz; yaxşı yaşayış - olmaz; insanca yaşayış - olmaz; insan hüquqları - olmaz! Bütün bunlar olsa, nə olar? Olsa, bunlar indiki sayaq Azərbaycanın keçmişinə, indisinə, gələcəyinə yiyələnə bilməzlər! 
Demokratik Respublikamızın devrilməsi günündə belə, o Respublikanın başlıca qurucusu M.Ə.Rəsulzadənin adını çəkməmək dönüklüyünə yüklənirlər. Rəsulzadə başda olmaqla ADR ağalığı qadınlarla kişilərə birgə səs hüququ verdiyi çağlarda Ingiltərədə qadınlara kişilərlə bir hüquq verilməsi uğrunda hərəkat yaranmışdı - sufracizm hərəkatı. Əliyevlər rejimi bu gün Azərbaycanda yalnız qadınları deyil, kişiləri də bütünlüklə hüquqsuz duruma gətirib. Indi, 21-ci yüzildə, Azərbaycan xalqına geniş hüquqlar yalnız Əliyevlərlə bağlı tanınır. Bu isə onları sevmək, onlara qulluq göstərmək, onlara yaltaqlanmaq, seçkilərdə onlara, onların buyurduqlarına səs vermək hüququdur!
Bunların “etibarlı mənbələrdən əldə etdikləri sənədlərə” görə, ABŞ Azərbaycanda çevriliş planlaşdırıb: “Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək üçün”. Şuşa adında gözəlliyimiz başda olmaqla Azərbaycan topraqlarını tutub erməni tapdağına verən, ermənilərə 2 milyard dollarlıq yaraq-sursat bağışlayan, yalançı “genosidə” dövlət düzəyində arxa duran, bütün parametrlər üzrə Azərbaycanı yenib, qondarma “Ermənistanı” yüksəltməyə çalışan  Rusiyanı “strateji müttəfiqimiz” adlandırmaqla ona sığınmaq, onunla birgəlik sərgiləmək “müstəqil siyasi kurs” yürütməkdirsə, onda bu görsənişin gerçək adı budur: ƏLALTI MÜSTƏQILLIK!
Sözügedən planın “qapalı hissəsinə” gəldikdə, görün ABŞ nə etmək istəyir: “Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması”... Rejim sözçüləri bütün bunları Azərbaycan dövlətinə qarşı “qərəzli qəsd” adlandırırlar. Azərbaycana qarşı sanksiyalardan danışmaq açıq yalandır; gözlənən sanksiyalar Azərbaycana qarşı deyil, korrupsiya-repressiya yoluyla Azərbaycanı yenən əliyevçi rejimə qarşıdır. “Vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması” da rejim yalanıdır: müəllimi, həkimi 150-200, Akademiya alimi 300 manatın yesirinə çevrilən “vətəndaşlarımız” özlərinin “səyahət imkanlarını” çoxdan Əliyevlər ailəsinin, bu ailəyə bağlı çevrələrin çoxillik,  ilboyu SƏYAHƏT IMKANLARINA qurban veriblər! “Bank hesablarının dondurulmasına” gəlincə, allahsızcasına faizlərlə 2.5 milyon “vətəndaşımızın” boğazında ölüm ilgəyinə çevrilən bu banklar kimindir? Əliyevlər ailəsinin, onlara bağlı çevrələrin! Dövlət hanı?  

XALIQ BAHADIR

скачать dle 12.1