Hakimiyyət Qərbə qarşı söz snayperliyi lə məşğul olub...

4-10-2014, 10:01
0
Hakimiyyət Qərbə qarşı söz snayperliyi lə məşğul olub...

Azərbaycan hakimiyyətinin Avropa İttifaqı və Avropa Birliyinə qarşı cəbhə açmaq cəhdləri, ən azından absurd görünür və mütərəqqi düşüncəli hər bir vətəndaşda acı təəssüf hissi doğurur. Özünüqoruma instinktindən yaranan və siyasi nihilizmlə müşayət olunan konfrantasiya nümayişi perespektivdə bizə nələr vəd edir? İlk baxışda sual ritorik səslənsə də, zənnimcə, bu məsələyə son dərəcə ciddi yanaşmalı, nəyi və nələri itirəcəyimizin fərqində olmalıyıq. Tətbiq oluna biləcək real sanksiyaları, yəni, Azərbaycanın başı üzərində asılmış “Demokl qılıcını” nəzərə almasaq, bizləri daha hansı təhlükələr gözləyir?

- Azərbaycan Rusiyanın Yaxın Şərqdəki, eləcə də Ukryna və Gürcüstandakı ekspansiv siyasətində onun səngimək bilməyən imperialist iddialarının qurbanına çevrilə bilər;
- Azərbaycan müsəlman dünyasını bürümüş dini və müxtəlif ideoloji ekstrizmin orbitinə düşə bilər;
- Azərbaycanda klerikal, millətçi, neomonarxist və s. hakimiyyət rejimi qurmaq istəyən qüvvələr təhlükəli dərəcədə aktivləşə bilər;
- Azərbaycan hərbi ekspansiyalardan mühafizə olunmaq imkanlarından məhrum ola bilər və hərbi münaqişələrə məcburi cəlb edilmək və hərbi alyanslara icbari qaydada qoşulmaq zərurəti ndən yayına bilməz.
Qərblə, Avropayla açıq münaqişəyə gedən yüksək kalibirli dövlət məmurlarımız bilməlidilər ki, Avropa İttifaqı öz çoxsaylı praqmatik maraqlarını güdən superdövlətlər birliyidir. Onun ölkəmizə yönəli strateji maraqları Qərbin enerji təhlükəsizliyini təmin etməkdən savayı, bir sıra digər məqsədləri də əhatə edir. Və biz də, öz növbəmizdə, bu maraqlara Azərbaycanın milli mənafeyi prizmasından yanaşmalı, Avropaya inteqrasiya və Qərblə əməkdaşlıq prosseslərindən səmərəli və pozitiv üstünlüklər əldə etməyə çalışmalıyıq. 
Hakimiyyət Qərbə qarşı söz snayperliyi lə məşğul olub, yumşaq desək, qəribə səslənən münasibət və ambisiyalara prioritet verməkdənsə, yaxşı olardı ki, ölkəmizə utanc gətirən siyasi məhbuslar məsələsini həll etsin. Yaxşı olardı ki, hakimiyyət siyasi opponentlərini təqib-təhqir etmək, şərləmək, sındırıb satın almaq ənənəsinə son qoyaydı. Yaxşı olardı ki, hakimiyyət dini etiqad azadlığına və mənəviyyat daşıyıcılarına xor baxmayaydı, etnik azlıqların konstitusiyada təsbit edilmiş hüquqlarını addım başı pozmayaydı, vətəndaş cəmiyyətinin nüfuzlu üzvlərini, ziyalıları, jurnalistləri, gənc müxalifətçiləri və s. həbsxanalara doldurmayaydı . Yaxşı olardı ki, hakimiyyət Demokratik dəyişiklik arzusu iə yaşayan və həyatın hər bir sahəsində dirçəliş etməyi bacaran yaradıcı xalqın qanuni haqqını və əzmini ayaqlar altına atmayaydı!..
Bunları və digər bu kimi çox mühüm işləri kənara qoyub Avropayla höcətləşməyin nə mənası var axı?..

Nəzərov  Elşən

скачать dle 12.1