Stadion işıqına işiqlanan şəhid evi

11-04-2016, 11:25
0
Stadion işıqına işiqlanan şəhid evi

Xatırlayıram qonşumuz Həcər xala, bizdən bir neçə yaş kiçik olan oğlunu, hər dəfə bizimlə 20 ci sahədə yerləşən futbol meydançasında futbol oynayan Vüsalı çağıraraq,ay oğul ay Vüsal tərləyib xəstələnəcəksən deyib,tez evə çağırardı.Hətda xatirimdədir,bir dəfə futbol oynayərkən Vüsal yıxılarağ ayağını burxmuş sinəsi daşa dəyərək çox böyük bir çapığ yaranmışdı.Vüsalın anası Həcər xala başına ,dizinə döyə-döyə ay bu " stadionu" burada tikdirənin Allah evini "xaraba " qoymasın elə.Vüsal o meydançalarda yıxıla-yıxıla böyügüdü,boya -başa çatdı.Vüsalın atası ,Elxan kişi hələ Vüsal uşağkən dünyasını dəyişmişdi.Vüsal 15-16 yaşlarından anası və özündən kiçik iki bacısını işləyərək dolandırırdı.Vüsalın işləməsi anası üçün artığ böyük bir təkan idi.Vüsal bu ağrılı,acılı həyatına baxmayarağ siniflərində hər kəsdən yaxşı oxuyarağ öz müəllimlərinin belə rəğbətini qazanmışdı.Ali təhsilini dövlət unveristetlərinin birində yüksək qiymətlərlə bitirdi.Zaman gəlib yetişdi hərbi xidmətə yol aldı.Eşitdiyim qədəri ilə,hərbi xidmətinin 3 ci ayında çavuş rütbəsi ilə vəzifələndirilmiş,fəxri fərmanla təltif edilmişdir.Günlərin bir günü,qış gecəsində acı bir xəbər gəldi,Vüsal erməni kəşviyyatçılarının sərhədi pozarağ keçməsinin qarşısını alarkən ŞƏHİD olub.Bu xəbər hər birimizin qürur keçirdə biləcəyi xəbər olduğu qədəri ilə də,acı verici bir xəbər idi.Hər birimiz bu xəbərdən çox sarsıntı keçirtdik.Vüsalın dəfninə xidmət etdiyi hərbi korpusun ,komandirlərindən tutmuş əsgərlərinə qədər hər kəs iştirak etdi.Hər kəs oğlun şəhid olub ana gözün aydın olsun deyirdi,ana nə qədər özünü məğrur göstərsədə belinin biranda büküldüyünü,saçlarına dən düşdüyünüdə hiss etmək o qədər çətin deyildi.! O dəfndən sonra hər kəs,içi mən daxil olmağla hər kəs düşünürdü dövlət bu ananı yanlız qoymaz,dövlət bu ananı çarəsiz qoymaz,oğulunu itirmiş olsa belə böyük bir dövləti qazanmış oldu.Zaman keçdi o dəfndən 4 il keçmişdi ki,həmin şəhid anası Həcər xalanı dükandan çıxarkən gördüm,məni görcək kövrəldi,çünki uşağlığım kirayə belə olsa onların yanında qaldığımız evdə keçmişdi,bəlkədə məni görərkən oğluyla Futbol meydançasındakı günlərimizi xatırladı.Həcər xala sanki üzündə biraz utanmağ hissidə yaranması məni bir qədər narahat etdi,soruşdum nəsə olub Həcər xala? Dedi ay oğul işığlarımızı kəsiblər iki gündür,vallah evdən həyətə "stadiondan" düşən işığla çıxırığ,gəlmişdim ki,bu dükanda "sil ,süpür" işi olarsa işləyim,işığın borcundan ödəyim.O sözdən sonra Həcər xalayla nə danışmışamsa unutmuşam,yanlız məni o sözlər bir anlığ keçmişə apardı.Özlüyümdə düşündüm,öz-özümə deyərək,ay Həcər xala sən o meydançada oğlunun sinəsini əzən daşa baxarağ,ay bu " stadionu " tikdirənin Allah evini xaraba qoymasın deyərək ,özlüyündə qarğış etmiş olduğunu düşündün.Lakin bilmədin ki,oğlun hərbi xidmət edərkən sinəsindən güllə yarası alıb şəhid olacağ,bu stadionu tikdirənlər isə zaman gələcək sənin həyətivin işığını bu "staidonun" işığı ilə işığlandırıb ,sənin öz evinin işığını kəsəcək.! Narahat olma Həcər xala,dediyin kimi oldu,onların evləri xaraba qalıb etmədi,əksinə daha çox mülkə sahib oldular,olan sənə oldu,oğulunu şəhid verdin,evin qaranlıq bir xərabəyə çevrildi.Yanan işığ,meydançanındır ,qaranlıq daxma isə Şəhidindir.Vətən sağolsun.!

 

Məhəmməd Əlioğlu    

скачать dle 12.1